top
Asəf Çopurov 2026-cı ildə UFC ilə müqavilə bağlaya biləcək döyüşçülər siyahısına daxil edilib Idman.biz
15 yanvar 2026, 14:31
- ↺ +

Asəf Çopurov 2026-cı ildə UFC ilə müqavilə bağlaya biləcək döyüşçülər siyahısına daxil edilib

Azərbaycanlı qarışıq döyüş növləri (MMA) təmsilçisi Asəf Çopurov ixtisaslaşmış "Combat Press" nəşrinin versiyasına görə 2026-cı ildə UFC-nin (Mütləq Döyüş Çempionatı) heyətinə cəlb etməli olduğu döyüşçülər siyahısına daxil edilib.

İdman.Biz xəbər verir ki, azərbaycanlı idmançı müəlliflərin onun yüksək potensialını və sabit inkişafını xüsusi vurğuladığı materialda yer alıb.

Məqalədə qeyd olunur ki, 23 yaşlı Çopurov artıq ikinci ildir ki, analoji siyahıya düşür ki, bu da regional arenada perspektivli döyüşçüləri izləyən mütəxəssislər arasında onun möhkəm reputasiyasından xəbər verir.

Yazıda Çopurovun güclü güləş bazasına, döyüşləri təslim etmə fəndi ilə başa vurmaq bacarığına, eləcə də dayaqda nəzərəçarpacaq inkişafına xüsusi diqqət yetirilir. Həmçinin döyüşçünün məğlubiyyətsiz keçirdiyi uğurlu 2025-ci il ayrıca vurğulanır. Həmin mövsümdə Çopurov "UAE Warriors" təşkilatının çempionluq kəmərini qazanıb və karyerasının əsas qələbələrindən birini EFC-nin(Eagle Fighting Championship) sabiq çempionu Demarte Penya üzərində əldə edib. Məqalə müəllifləri Asəf Çopurovu divizionun ən perspektivli döyüşçülərindən biri adlandırır və gələcəkdə onun UFC tituluna iddia edə biləcəyini istisna etmirlər.

"Combat Press"in versiyasına görə namizədlər siyahısına aşağıdakı döyüşçülər də daxil edilib:

Mitçell Makki (ABŞ) - möhkəm restlinq(peşəkar güləş) bazasına malik dominant güləşçi, dayaqda nəzərəçarpacaq irəliləyiş göstərən və 2025-ci ildə uğurla çıxış edən idmançı.Rodriqo Vera (Peru) - güclü nokaut və təslim etmə göstəricilərinə malik perspektivi, 2025-ci ildə stabil çıxış edərək güclü rəqiblərə qalib gələn döyüşçü.

Əbubəkr Yunussov (Fransa) - parlaq boğucu və nokaut qələbələri, eləcə də baxımlı üslubu ilə seçilən məğlubedilməz fransız perspektivi.Camaləddin Əliyev (Rusiya/Türkiyə) - güclü güləş və zərbə texnikasına malik məğlubedilməz döyüşçü, 2026-cı il üçün iddialılar siyahısına daxil edilib.

Xatırladaq ki, hazırda Azərbaycan UFC-də üç döyüşçü ilə təmsil olunur - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev. Musayev indiyədək UFC-də bir döyüş keçirib və ötən ilin yayında Bakıda məğlub olub, Sadıxov 2025-ci ilin sonunda fransalı Fares Ziamaya uduzub. Rafael Fiziyev isə hazırda braziliyalı Maurisio Ruffi ilə döyüşə hazırlaşır. Qarşılaşma fevralın 1-də Sidneydə (Avstraliya) UFC 325 turniri çərçivəsində baş tutacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Xosep Qvardiola İtaliya milli komandası təklifini rədd etdi

Futbol
Bu gün, 12:00

"Şimal"ın məşqçisi Tural Cəlilov: "Zaqatala"ya 4:1 qələbə komandamızın oyununa verilən yaxşı qiymətdir

Şahmat
Bu gün, 11:59

15 yaşlı Azərbaycan şahmatçısı dünya çempionatının liderini təqib edir

Qarabağ FK
Bu gün, 11:58

Əvəzedicilər Liqası: X turun oyunları noyabrın 27-30-da keçiriləcək

Futbol
Bu gün, 11:45

Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"

Futbol
Bu gün, 11:45

Çempionlar Liqasında tarixi duel: Arda Turan və Emre Belözoğlu bədən bədənə

Qarabağ FK
Bu gün, 11:40

“Qarabağ”ın bazar dəyəri son beş ildə kəskin düşməyib, yalnız 25,83 milyon avro göstəricisi kifayət deyil

Futbol
Bu gün, 11:37

Şəfa klubu baş məşqçi Zaur Həşimova davamlı əməkdaşlıq qərarı verdi

Futbol
Bu gün, 11:28

Enrike: “Tələsik transfer etməyəcəyik, bu bizim stilimiz deyil”

Tennis
Bu gün, 11:25

Rinderkneş dopinq testindən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya cəzası ala bilər

Digər
Bu gün, 11:20

Klub prezidentinin qaranlıq əməlləri bir-bir üzə çıxır

Cüdo
Bu gün, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Basketbol
Bu gün, 11:11

Stiv Kerr MBA-da ən çox qazanan baş məşqçi oldu

Futbol
Bu gün, 11:08

"Sabah" və "Fənərbaxça"nın UEFA Çempionlar Liqasındakı matçları bu kanallarda canlı yayımlanacaq

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Şahmat
Bu gün, 10:54

Cenevrədə Qukeş–Sindarov matçının ilk partiyası heç-heçə ilə başa çatdı

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Oxşar xəbərlər