Las-Veqasda keçirilən UFC 320 turnirində gecənin əsas döyüşü yarım-ağır çəki dərəcəsində çempion Maqomed Ankalayev və braziliyalı Ales Pereyra arasında baş tutub.
İdman.biz xəbər verir ki, qarşılaşma artıq birinci raundun 1-ci dəqiqəsində başa çatıb.
Pereyra rəqibini nokauta salaraq UFC çempionluq kəmərini geri qaytarıb.
Qeyd edək ki, bu ilin martında Ankalayev Pereyranı məğlub edərək titul qazanmışdı. Lakin oktyabr döyüşündə braziliyalı revanş alaraq yenidən divizionun ən güclüsü adını bərpa edib.