top
Yelizaveta Bratçikova Neftçi ilə Manilada: Azərbaycan vətəndaşlığı və milli komanda perspektivləri Idman.biz
07 may 2026, 13:25
- ↺ +

Yelizaveta Bratçikova "Neftçi" ilə Manilada: Azərbaycan vətəndaşlığı və milli komanda perspektivləri

Bu gün qadınlardan ibarət "Neftçi" 3x3 basketbol komandası Filippində keçirilən Dünya Seriyasının mərhələsində uğurlu start götürüb. Manilada komanda ilə birlikdə 30 yaşlı rusiyalı basketbolçu Yelizaveta Bratçikova da yer alıb.

İdman.Biz-in məlumatına görə, bunu onun sosial şəbəkələrdə etdiyi paylaşımlar da təsdiqləyir. Daha əvvəl isə mediada rusiyalı idmançının idman vətəndaşlığının təsdiqlənməsindən sonra Azərbaycan millisində çıxış edə biləcəyi barədə məlumat yayılmışdı.

Lakin bu yarış üçün "Neftçi"nin rəsmi iştirak siyahısında basketbolçunun adı yer almayıb. Ehtimal olunur ki, Bratçikova Azərbaycan komandasının məşqlərində iştirak etmək üçün turnirə qatılıb.

Məsələ ilə bağlı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti İdman.Biz-in sorğusuna cavab olaraq idmançının milli komandaya keçidi barədə məlumatı dolayısı ilə təsdiqləyib və dəqiq informasiya əldə olunduqdan sonra rəsmi açıqlama veriləcəyi bildirilib.

Eyni zamanda, FİBA-nın 3x3 profilində Yelizaveta Bratçikovanın artıq iki vətəndaşlığı - Rusiya və Azərbaycan vətəndaşlığı qeyd olunub. Lakin milli komanda bölməsində hələ də Rusiya göstərilir.

FİBA 3x3 məlumatlarına əsasən, idmançının 3x3 basketbolda çox geniş təcrübəsi yoxdur. Onun profilində yalnız bir turnirdə, "Tinkoff Girl Power" yarışında iştirak etdiyi göstərilir. Həmin vaxt o, "What is thizzz" komandasında çıxış edib və üç oyun keçirib.

Klassik basketbolda isə idmançı müxtəlif Rusiya klublarında çıxış edib. 2025/2026 mövsümündə Bratçikova rəsmi olaraq heç bir klubda qeydiyyatda olmayıb. Ötən mövsümdə (2024/2025) isə o, "Nika" klubunun heyətində Rusiya Premyer Liqasında orta hesabla 5,2 xal toplayıb və 2,8 ribaund edib.

Milli səviyyədə isə o, Rusiya yeniyetmə və gənclər yığmalarında çıxış edib. 2022-ci ildə isə Rusiya qadın milli komandasının açıq düşərgəsinə dəvət alıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Güləş
07 oktyabr 2026, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
07 oktyabr 2026, 21:26

Azərbaycan qadın milli komandası Antalyaspor ilə dostluq matçı keçirəcək

Futbol
07 oktyabr 2026, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
07 oktyabr 2026, 16:40

Azərbaycan millisi FİFA reytinqində bir pillə gerilədi

Futbol
07 oktyabr 2026, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Qarabağ FK
07 oktyabr 2026, 16:11

“Qarabağ” “Fənərbağça”nın sabiq müdafiəçisini transfer etmək istəyib, lakin maaş şərtlərində razılığa gələ bilmədi

Cüdo
07 oktyabr 2026, 16:04

Hidayət Heydərov: Dünya cüdo çempionatının 1/8 finalında uduzmaq ağırdır

Futbol
07 oktyabr 2026, 15:29

Ağadadaş Salyanski U-21 millisinin yeni rekordunu bildirdi

Cüdo
07 oktyabr 2026, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
07 oktyabr 2026, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
07 oktyabr 2026, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
07 oktyabr 2026, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
07 oktyabr 2026, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
07 oktyabr 2026, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Oxşar xəbərlər