Azərbaycan Basketbol Liqasında 5-ci tura son iki oyunla yekun vurulub. Sport24.az xəbər verir ki, Gəncə İdman Sarayında NTD ilə üz-üzə gələn "Gəncə" 100:80 hesablı qələbəyə sevinib.
"Sabah" isə Bakı İdman Sarayında "Sumqayıt"ı məğlub edib – 100:85.
Xatırladaq ki, turun əvvəlki görüşlərində "Ordu" "Naxçıvan"a "84:76, "Neftçi" isə "LANDAU Lions"a 86:84 hesabı ilə qalib gəlib.