"Sabah" basketbol klubu Qazaxıstanın "Astana" komandası ilə yoldaşlıq oyunu keçirib.
İdman.Biz bildirir ki, matç Bakı İdman Sarayında baş tutub.
Qarşılaşma 110:102 hesabı ilə Qazaxıstan klubunun xeyrinə başa çatıb.
Komandalar arasında növbəti yoldaşlıq oyunu aprelin 6-da olacaq.