"Naxçıvan" basketbol klubu yeni transferini reallaşdırıb.
İdman.Biz xəbər verir ki, komanda amerikalı oyunçu Şanon Qrant ilə cari mövsümün sonunadək müqavilə bağlayıb.
Mərkəz mövqeyində çıxış edən 23 yaşlı oyunçu 211 sm boya malikdir.
Qeyd edək ki, o, bundan öncə Gürcüstan təmsilçisi "Delta"nın şərəfini qoruyub.