top
Murad Dikmen: “Gəncə”nin “NTD” üzərindəki qələbəsi və komandanın böyük hədəfləri haqında bəyanatlar verib Idman.biz
Bu gün, 17:09
- ↺ +

Murad Dikmen: “Gəncə”nin “NTD” üzərindəki qələbəsi və komandanın böyük hədəfləri haqında bəyanatlar verib

"Gəncə" basketbol komandasının baş məşqçisi Murad Dikmen ölkə çempionatının beşinci turunda NTD üzərində qazanılan 100:80 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, türkiyəli mütəxəssis qarşılaşmadan sonra komandasının çətin oyun keçirdiyini, lakin fasilədən sonra vəziyyəti dəyişməyi bacardığını bildirib.

"İlk növbədə, hər iki komandanı göstərdikləri mübarizəyə görə təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun oldu. Belə qarşılaşmalar həmişə çətin keçir. Çünki üç gün əvvəl Avropa Kubokunda ağır matçımız var idi və hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Üstəlik, hamının fikri Rumıniyada keçirəcəyimiz növbəti görüşdədir. Belə vəziyyətdə basketbolçuların diqqətini oyuna yönəltmək çox çətin olur", - deyə Dikmen bildirib.

Baş məşqçi ilk dövrədə komandasının istənilən səviyyədə çıxış etmədiyini etiraf edib:

"İlk dövrəni yaxşı keçirmədik. Fasilədə bəzi məsələləri müzakirə etdik və lazımi düzəlişlərdən sonra oyunun gedişini dəyişdik. Daha yaxşı çıxış etdik, istədiyimiz basketbolu nümayiş etdirdik. Son periodda qarşılaşmaya nəzarət etdiyimiz üçün səfər oyununu da nəzərə alaraq rotasiyalara əl atdıq və təzyiqi azaltdıq. Nəticədə qələbə qazandıq".

Murad Dikmen komandaya yeni qoşulduğunu və basketbolçularla uyğunlaşma prosesinin davam etdiyini vurğulayıb:

"Bura gəlməyimdən hələ bir həftə keçməyib. Beş gün ərzində iki oyun keçirmişik. Artıq komanda ilə bir-birimizə alışmağa başlayırıq. Kapitanımız və oyun qurucumuz Carvis Qarret zədəlidir. Digər zədəli basketbolçularımız da var. Risk edərək onları meydana buraxmadıq. Buna görə əsas yük yerli oyunçuların üzərinə düşdü. Onları təbrik edirəm, üzərlərinə düşən vəzifənin öhdəsindən gəldilər".

Mütəxəssis komandanın qarşısına yüksək məqsədlər qoyduğunu da qeyd edib:

"Biz yaxşı komandayıq. Hədəflərimiz böyükdür. Daha da yaxşı olacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 18:13

NTD baş məşqçisi Tahir Baxşıyev: Komanda hələ sabit oyun nümayiş etməyə hazır deyil

Futbol
Bu gün, 17:56

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk istefa verdi

Futbol
Bu gün, 17:53

Şamaxı məşqçisi Azər Bağırov məğlubiyyətin səbəblərini açıqladı

Futbol
Bu gün, 17:43

Rafinya Messinin La Liqadakı rekordu təkrarlayıb: 11 turda 15 qol

Futbol
Bu gün, 17:34

"Komo" "Venetsiya"yı 1:0 hesabı ilə məğlub edərək A Seriyasında dördüncü yeri ələ keçirdi

Futbol
Bu gün, 17:33

Azər Bağırov: "Şamaxı"nın "Neftçi"yə qarşı matçında 100%-lik fürsətləri dəyərləndirmədiyini dedi

Futbol
Bu gün, 17:26

Babək Quliyev UEFA Gənclər Liqasının Göztəpə–AZ Alkmaar oyununda hakim‑inspektor təyin edildi

Digər
Bu gün, 17:16

Bakıda 8 noyabrda "Zəfər Kuboku" at yarışı keçiriləcək

Futbol
Bu gün, 17:15

Vernidub: "Şamaxı" heç də asan rəqib deyildi, heç bir halda xal itirə bilməzdik

Futbol
Bu gün, 17:04

Neftçi Şamaxıya 3-2 qələbə verərək liderliğe yüksəldi

Futbol
Bu gün, 17:02

"Bavariya" Avropanın ilk beş liqasında məğlubiyyətsiz yeganə komanda olaraq qalıb

Basketbol
Bu gün, 17:02

"Sumqayıt" basketbol komandası baş məşqçisi hakimlərin qərəzli idarəçiliyini ittiham etdi

Futbol
Bu gün, 16:57

Everton Cek Qrilişi iki gün spirtli içki üçün heyətdən kənarlaşdırdı

Qarabağ FK
Bu gün, 16:55

"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib

Futbol
Bu gün, 16:36

Amedspor Super Liqada 5-1 qalib, Balle hat-trik etdi, qırmızı vərəqə aldı

Digər
Bu gün, 16:32

İrlandiyanın 1500 m Avropa çempionu Siara Magian 34 yaşında vəfat edib

Futbol
Bu gün, 15:58

Trabzonspor Braziliyalı Forvard Con Kennedy ilə Danışıqlara Başladı

Futbol
Bu gün, 15:55

Neftçi futbolçusu Qustavo Klinsman 'Ayın qolu' mükafatını qazandı

Futbol
Bu gün, 15:49

PFL rəhbərliyi “Şamaxı” – “Neftçi” matçını stadiondan izləyir

Futbol
Bu gün, 15:28

Manchester United 9 oyunluk qalibiyyətsizlik seriyasını təkrarladı

Şahmat
Bu gün, 14:59

Aydın Süleymanlı 2700 klublarına yaxınlaşır: FIDE reytinqində azərbaycanlıların yüksəlişi

Futbol
Bu gün, 14:50

Fabio Kapello Yuventusun itirdiyi DNT‑sini bərpa etməsini tələb edir

Futbol
Bu gün, 14:29

U-21 millisinin Lorenso Mezzotero Sampdoriyada qol vurdu

Oxşar xəbərlər