top
«Rakov»un köməkçi məşqçisi Mahir Emrelinin azarkeşlərin görmədiyi taktiki işini açıqladı Idman.biz
Bu gün, 10:49
- ↺ +

«Rakov»un köməkçi məşqçisi Mahir Emrelinin azarkeşlərin görmədiyi taktiki işini açıqladı

Polşanın "Rakuv" klubunun baş məşqçisinin köməkçisi Lukaş Oçimek Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin oyununu yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis Polşanın "Przegląd Sportowy" nəşrinə müsahibəsində azərbaycanlı futbolçunun taktiki rolundan danışıb. O, fikirlərini Polşa çempionatının XV turunda noyabrın 22-də keçirilən "Vidzev"lə matçın (3:1) timsalında izah edib.

Komandasının künc zərbəsindən sonra vurduğu ilk qolu təhlil edən Oçimek cərimə meydançasında futbolçuların hərəkətlərinin həlledici rol oynadığını bildirib. Onun sözlərinə görə, bu detalları nə tribunadan, nə də televiziya yayımı zamanı görmək mümkündür. Belə epizodları təhlil etmək üçün məşqçilər korpusu xüsusi taktiki kameralardan istifadə edir.

"Bu görüntülərdə qapının qarşısında olan hər bir futbolçunun öz işini mükəmməl yerinə yetirdiyi görünür. Cərimə meydançasına ötürmələr zamanı detallı hərəkətlərə gəlincə, Mahir Emreli bu baxımdan Yunatan Braut Bruneslə müqayisə edilə biləcək səviyyədədir", – deyə mütəxəssis bildirib.

Oçimek azərbaycanlı hücumçunun pressinq zamanı göstərdiyi fəallığı da xüsusi vurğulayıb. "Rakuv"un baş məşqçisi David Şvarqa da oyundan sonra Emrelinin bu xüsusiyyətinə diqqət çəkib.

Qeyd edək ki, son vaxtlar Mahir Emreli Polşa klubunun start heyətində müntəzəm yer alır. "Rakuv" son üç turda üç qələbə qazanıb. Azərbaycanlı futbolçu "Poqon" (3:1) və "Legiya" (4:2) ilə oyunlarda məhsuldar ötürmə ilə yadda qalıb.

29 yaşlı hücumçu bu mövsüm Polşa çempionatında "Rakuv"un keçirdiyi 15 oyunun hamısında meydana çıxıb. Onlardan 14-də start heyətində yer alan Emreli üç qol vurub və üç məhsuldar ötürmə edib.

Əlavə edək ki, "Rakuv" bu gün Polşa çempionatının növbəti turunda "Pyast"la qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:07

Karlos Tevesin vida matçında Messi iştirak edəcək, Ronaldo da dəvət olunmaq istənir

Futbol
Bu gün, 11:04

Azərbaycan millisinin hücumçusu Lornenço Mezzotero Avropanın aparıcı klublarının diqqət mərkəzindədir

Futbol
Bu gün, 11:01

Eyden Heven qışda "Mançester Yunayted"dən icarəyə keçmək istəyir;

Futbol
Bu gün, 11:01

Bakıda debüt edən 18 yaşlı “Barselona” müdafiəçisi liderliyə namizəd ola bilər

Futbol
Bu gün, 11:00

Araz Bağırov: "3 oyunluq cəza və cərimə çoxdur"

Futbol
Bu gün, 10:58

Bornmut tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 10 qələbə qazandı

Futbol
Bu gün, 10:58

Avropa Liqası:

Futbol
Bu gün, 10:50

"Beşiktaş" - "Hapoel Beer-Şeva" oyununda azarkeşlərlə polis toqquşması: 3 polisin xəsarət alması, 16 nəfərin saxlanılması

Futbol
Bu gün, 10:50

Noyerin keçmiş həyat yoldaşı Anika Bissel xəyanət iddiaları ilə bağlı sosial şəbəkədə paylaşımlar edib

Futbol
Bu gün, 10:46

İnter, Azərbaycan U-21 hücumçusu Lorenso Mezzotero ilə maraqlanır

Futbol
Bu gün, 10:40

"Liverpul" 16 yaşlı seneqallı Sidi Barham Ndiayenin transfer hüququna sahib olub

Futbol
Bu gün, 10:37

Osimhenin "Beşiktaş" derbisində iştirakı 48 saat ərzində aydın olacaq

Futbol
Bu gün, 10:33

Murad Məmmədovun Pafosu Konfrans Liqasında Midtyullanda məğlub oldu

Futbol
Bu gün, 10:31

İlqar Qurbanov: "Sabah"ın "Barselona"ya qarşı ilk yarısındakı performansı məmnun edən idi

Futbol
Bu gün, 10:30

Qalatasarayın ulduzu Yunus Akgün üçün 30 milyon avroluq təklif

Cüdo
Bu gün, 10:30

Azərbaycan parataekvondoçuları Qran-pri finalında yarışacaq

Basketbol
Bu gün, 10:25

"Neftçi" basketbol komandası amerikalı müdafiəçi Cerod Robinsonla yollarını ayırdı

Futbol
Bu gün, 10:25

I Liqa: İlk dövrəyə yekun vurulur

Futbol
Bu gün, 10:20

"İnтер" Karlos Auqustonun müqaviləsini 2031-ci ilə qədər uzadıblar

Şahmat
Bu gün, 10:13

Xaqan Əhməd dünya şampionatında liderə çatdı – son turda qızıl medala davam edəcək

Futbol
Bu gün, 10:05

Bavariya

Futbol
Bu gün, 10:04

Beşiktaş UEFA Avropa Liqasında Hapoel Ber-Şeva-yı 2:1 hesabı ilə məğlub etdi;

Basketbol
Bu gün, 10:01

Neftçi

Oxşar xəbərlər