top
Evren Alkaya: U-18 millimiz Türkiyə toplanışını yaxşı dəyərləndirdi, U-16 isə təcrübə qazandı Report.az
05 mart 2026, 15:31
- ↺ +

Evren Alkaya: U-18 millimiz Türkiyə toplanışını yaxşı dəyərləndirdi, U-16 isə təcrübə qazandı

Azərbaycanın 18 yaşadək qadın basketbolçulardan ibarət yığması daha təcrübəli olduğu üçün Türkiyə toplanışını çox yaxşı dəyərləndirib.

Bunu "Report"a açıqlamasında U-18 və U-16 millilərinin baş məşqçisi Evren Alkaya bildirib.

O, Türkiyə toplanışının məqsədini belə izah edib:

"Hər il Avropa çempionatlarına hazırlaşdığımız dövrdə ilk toplanışları bu tarixlərdə keçiririk. Komandalarımızı formalaşdırıb güvənəcəyimiz oyunçuların vəziyyətini görmək üçün Türkiyədə bir araya gəldik. Bu, ilk hazırlıq prosesi idi. U-16 yeddi, U-18 isə altı oyun keçirdi".

Türkiyəli mütəxəssis komandaların təcrübə fərqinə toxunub:

"U-18 millisi daha təcrübəli olduğu üçün bu toplanışı çox yaxşı dəyərləndirdi. U-16 komandamız isə yeni qurulub və heyətdə U-15-dən üç oyunçu var. Digərləri 2011 və 2012-ci il təvəllüdlüdür. Bu uşaqlar oyun və yarış prosesinə yeni daxil olurlar, ona görə də təcrübə qazandıqlarını düşünürəm".

O, əsas hədəfin rəsmi turnirlər olduğunu vurğulayıb:

"Bakıda qalan oyunçular U-20 ilə birlikdə məşqləri davam etdirirdilər. Əsas məqsəd martda Avropa çempionatı çərçivəsində Bolqarıstan, Ukrayna və Monteneqro ilə keçiriləcək oyunlara hazırlaşmaq idi. Hesab edirəm ki, gənc oyunçular təcrübə topladılar. Onların hamısına şans tanıdıq, özlərini inkişaf etdirdiklərini düşünürəm".

E.Alkaya hazırlıq prosesinin yayda da davam edəcəyini vurğulayıb:

"Yayın gedişində keçiriləcək FIBA gənclər turnirlərinə qədər daha iki toplanış planlaşdırırıq. Oyun sayını ümumilikdə 40-ın üzərinə çıxarıb şampionata ən yaxşı şəkildə hazırlaşmağı hədəfləyirik".

Qeyd edək ki, Azərbaycanın qadın basketbolundan ibarət U-16 və U-18 milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında iştirak ediblər. Toplanış müddətində U-18 altı, U-16 isə yeddi yoldaşlıq görüşü keçirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:28

"Bavariya"dan "Arsenal"a

Digər
Bu gün, 22:20

Zaur Həşimov “Kəpəz”ə məğlubiyyət barədə: “Oyuna pis başladıq”

Futbol
Bu gün, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Bu gün, 21:50

“Futbolçuların beyinlərinə girə bilmirəm”

Digər
Bu gün, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Bu gün, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Bu gün, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Bu gün, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Bu gün, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Futbol
Bu gün, 20:45

Canni İnfantino: U‑15 dünya çempionatı və festivalı istedadlı futbolçulara şans yaratmağın vacibliyini vurğuladı

Futbol
Bu gün, 20:45

Unai Emery: Manchester City üzərində qələbə 'fantastik gün' yaratdı

Digər
Bu gün, 20:25

Kür həndbol komandası Avropa Kubokunda Bosniya klubuna məğlub oldu

Digər
Bu gün, 20:21

“Kür” komandasının məşqçi köməkçisinin açıqlamaları: gənc heyət, çətin hazırlıq və yeni federasiyanın yaradılmasını gözləyirik

Futbol
Bu gün, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:48

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Oxşar xəbərlər