top
Azərbaycan Basketbol Liqasının yeni mövsümü oktyabrın 3-də başlayacaq Sport24.az
11 iyul 2026, 20:56
- ↺ +

Azərbaycan Basketbol Liqasının yeni mövsümü oktyabrın 3-də başlayacaq

Azərbaycan Basketbol Federasiyası (ABF) 2026/2027 mövsümü üzrə Azərbaycan Basketbol Liqasının (ABL) yarış formatını, iştirak şərtlərini və əsas normativ dəyişiklikləri açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

 

Yeni mövsümə 2026-cı il oktyabrın 3-də start veriləcək. 8 komanda 3 dövrədən ibarət müntəzəm çempionatda, ümumilikdə 21 tur ərzində mübarizə aparacaq. Müntəzəm mövsüm başa çatdıqdan sonra turnir cədvəlində ilk iki yeri tutan komandalar birbaşa yarımfinala vəsiqə qazanacaqlar. 3, 4, 5 və 6-cı yerləri tutan komandalar isə "Play-In" mərhələsində iştirak edəcəklər.

 

Yarımfinal və final mərhələləri maksimum beş oyundan ibarət seriya formatında keçiriləcək. Yarımfinal seriyasında ən tez üç qələbə qazanan komanda finala yüksələcək. Final seriyasında da ən tez üç qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının çempionu elan olunacaq.

 

Müntəzəm mövsümü 7-ci və 8-ci pillələrdə başa vuran komandalar isə daha yüksək pillədə qərarlaşmış klubun meydanında keçiriləcək "Play-Out" oyununda qarşılaşacaqlar. Qalib komanda növbəti mövsüm üçün ABL-də iştirak hüququnu qoruyacaq.

 

2025/2026 mövsümünün yekununa əsasən, yeni mövsümdə "Sabah", "Landau Lions", "Gəncə", "Neftçi" İK, "Şəki", "Naxçıvan", "Ordu" və NTD klubları iştirak hüququ qazanıblar. Bu komandalardan hər hansı biri iştirak üçün tələb olunan sənədləri təqdim etmədiyi və ya ABL Əsasnaməsində (2026/2027) müəyyən edilmiş inzibati və idman tələblərinə cavab vermədiyi halda, ABF ötən mövsümü 9–12-ci yerlərdə başa vurmuş klublar arasında dəvət prosesinə başlayacaq.

 

Yeni mövsümdə də ABL oyunları əvvəlki mövsümdə olduğu kimi "4+1" qaydası ilə keçiriləcək. Hər bir komanda oyun ərzində meydanda eyni vaxtda ən azı 1 yerli basketbolçunun iştirakını təmin etməlidir. Bununla yanaşı, ABL-də iştirak edən hər bir klub mövsüm başlamazdan əvvəl ABF-də ən azı 5 yerli basketbolçunu qeydiyyatdan keçirməlidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:10

Çempionlar Liqasında günün oyunları – YENİLƏNİR

Futbol
Bu gün, 09:08

İlk qolunu vurdu, qarət olundu

Futbol
Bu gün, 09:08

“Barselona”ya transferi baş tutmayan Laportdan diqqətçəkən açıqlama

Futbol
Bu gün, 09:01

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək

Futbol
Bu gün, 09:00

Almaniya klubları “Udineze”nin 18 yaşlı müdafiçisinə “elçi” düşüb

Futbol
Bu gün, 08:55

Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"

Futbol
Bu gün, 08:51

Yamal zədəli deyilmiş

Futbol
Bu gün, 08:40

Qış fasiləsində Neftçidən ayrılma planları yoxdur

Futbol
Bu gün, 08:17

Mbina: "Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi, həyata keçəcəyini düşünməmişdim"

Futbol
Bu gün, 08:07

Afrika çempionunun taleyi bu gün həll olunur: CAS tarixi qərarını açıqlayacaq

Futbol
Bu gün, 08:00

“Barselona” qarşısında nə etməli?

Futbol
Bu gün, 07:50

"Napoli"nin aparıcı siması "Sabah"a qarşı oynamayacaq

Futbol
Bu gün, 07:40

"Marafon"a 3 xal qazandıran 3 qol - VİDEO

Futbol
Bu gün, 07:03

Manchester United qırmızı vərəqə qərarına apellyasiya verir

Futbol
Bu gün, 06:13

Bavariyada Musialanın gələcək planları və gizli görüşün detalları açıqlandı

Futbol
Bu gün, 05:07

Unai Emeri Qalatasaray’ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:20

"Bursaspor" Toral Bayramova ehtiyac duymur - VİDEO

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Futbol
Bu gün, 02:40

Timoteuş Puxaç: Oyun çıxmadığı üçün kədərlidir, amma həvəsini itirməyəcək

Futbol
Bu gün, 02:29

Qalatasaray azarkeşi şir maskasında qaçan şir axtarışına qoşuldu

Qarabağ FK
Bu gün, 02:20

Qurban Qurbanov Emin Mahmudovun 10 illik milli komandadakı sabit oyununu və gedişini necə qiymətləndirir?

Futbol
Bu gün, 02:10

Brentford Evertonu dörd qol və qırmızı kartla məğlub etdi

Futbol
Bu gün, 02:03

Levante 1-1 dərəcəli Elçəyə qarşı məğlubiyyətdən xilas oldu

Oxşar xəbərlər