top
ABF rəsmisi Maykl Brinin Azərbaycan haqqında təhqiredici fikirlərinə görə FIBA-ya şikayət edib Idman.biz
04 mart 2026, 23:22
- ↺ +

ABF rəsmisi Maykl Brinin Azərbaycan haqqında təhqiredici fikirlərinə görə FIBA-ya şikayət edib

Xəbər verildiyi kimi, Azərbaycan Basketbol Federasiyası İrlandiya millisinin baş məşqçisi Maykl Bridən Beynəlxalq Basketbol Federasiyasına (FIBA Europe) şikayət edib.

İdman.Biz bildirir ki, məsələ ilə bağlı Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov "Qafqazinfo"ya açıqlama verib.

O deyib ki, 27 fevral 2026-cı il tarixində keçirilmiş İrlandiya – Azərbaycan Avropa çempionatı 2029 ilkin təsnifat oyunu zamanı televiziya yayımında əks olunan görüntülər bu məsələ ilə bağlı rəsmi şəkildə FIBA-ya müraciət etməyə vadar edib.

"Həmin oyunda, 3-cü periodun bitməsinə 9 dəqiqə 16 saniyə qalmış, İrlandiya komandasının götürdüyü taymaut zamanı İrlandiya millisinin baş məşqçisi cənab Maykl Bri televiziya görüntülərində açıq şəkildə ölkəmizin adını çəkərək təhqiredici ifadələr işlətmiş və oyunçularını motivasiya etmək məqsədilə Azərbaycan haqqında alçaldıcı fikirlər səsləndirmişdir. Biz bu cür kiçildici və təhqiramiz davranışı qətiyyətlə pisləyirik. Bu, milli komandalar səviyyəsində keçirilən yarış üçün tamamilə qəbuledilməzdir və basketbolun arenalarda təmsil etməli olduğu dəyərlərə yaraşmır.

Belə bəyanatlar təkcə ölkəmizə qarşı hörmətsizlik deyil, eyni zamanda FIBA tərəfindən qorunan fair-play, dürüstlük və qarşılıqlı hörmət kimi fundamental prinsiplərə də ziddir. Beynəlxalq Basketbol Federasiyası (FIBA) tərəfindən bildirilib ki, İrlandiya millisinin baş məşqçisinin səsləndirdiyi uyğun olmayan ifadələrlə bağlı məsələ artıq rəsmi şəkildə araşdırmaya götürülüb. İntizam işi kimi qiymətləndirilə biləcək bu insidentlə bağlı FIBA hazırda hakimlərdən və digər rəsmi şəxslərdən əlavə məlumat toplayır. Göndərilən məktub və həmin vaxt taymaut zamanı səsləndirilən fikirləri əks etdirən video material FIBA Europe-un tək hakiminə və digər aidiyyəti qurumlara baxılması və hüquqi qiymət verilməsi üçün təqdim olunub", - Mahmudov əlavə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:39

Man City rədd edilən qırmızı kart üçün üzr istəməyəcək

Digər
Bu gün, 18:26

Azərbaycanda idman yarışlarında hakim və xarici idmançı xərcləri yeni normalara uyğunlaşdırıldı

Futbol
Bu gün, 18:20

"Barselona" Dortmundun 17 yaşlı yarımmüdafiəçisi Matis Albert ilə maraqlanır

Futbol
Bu gün, 18:17

Jistau eyni gündə Çempionlar Liqasında "Sabah"a qarşı da meydana çıxa bilər

Futbol
Bu gün, 18:15

Qabriel Xesusun "Bavariya"ya transferi üçün danışıqlar başlayıb

Futbol
Bu gün, 18:09

Kivu: "İnter" Çempionlar Liqasında 90 dəqiqə ərzində daha sabit oynamalıdır"

Digər
Bu gün, 18:02

Baş nazir idman tədbirlərində hakimlərin xidmət haqqı normaları haqqında qərar imzalayıb

Futbol
Bu gün, 18:00

"Neftçi"nin gənclər komandaları üçün oyun qaydaları və açıqlıq üzrə seminar keçirilib

Voleybol
Bu gün, 17:56

Çempionlar Liyasında 'Skandicçi' - 'Turan' qarşılaşması öncəsi məşqçi Qasparinin Azərbaycan klubları ilə keçmiş görüşləri xatırlanıb

Futbol
Bu gün, 17:52

Elçin Məsiyev U-17 Dünya Çempionatı üçün baş hakimi təyin edildi

Cüdo
Bu gün, 17:50

Samuxda ilk cüdo zalı istifadəyə verilib – FOTO

Futbol
Bu gün, 17:44

Rüştü Reçber "Sabah"a "Barselona" qarşısında müdafiə məsələsində tövsiyələr verib

Futbol
Bu gün, 17:40

FK 'Şimal' iki mövsümdə Region Liqasından I Liqaya yüksələrək yerli futbolçular üçün inkişaf platformasına çevrildi

Qarabağ FK
Bu gün, 17:36

AFFA İntizam Komitəsi 7 komanda üçün texniki məğlubiyyət qərarı verdi

Futbol
Bu gün, 17:35

CAF 2026-cı ilin ən yaxşı oyunçusu adına son beşi namizədi açıqladı

Futbol
Bu gün, 17:28

AFFA "Zəfər" komandasını U-14 Liqasında kənarlaşdırdı

Futbol
Bu gün, 17:20

Dambrauskas: “Yamalı üçün üzüldüm”

Futbol
Bu gün, 17:19

Şamaxı "Sabah" – "Barselona" matçı öncəsi ispan jurnalistlərinin gözləntiləri

Futbol
Bu gün, 17:12

Rahim Sterlinq 12 ay şərti azadlıqdan məhrum edildi

Digər
Bu gün, 17:05

Bakı 2026 "Dünyanın İdman Paytaxtı" münasibətilə məktəblilər arasında velosiped birinciliyi keçirilib - FOTO

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Oxşar xəbərlər