top
ABF rəsmisi FIBA Çempionlar Kubokunda qrupdan çıxmağın çətinliyini və komandanın maksimum səy göstərəcəyini bildirib Idman.biz
20 fevral 2026, 17:45
- ↺ +

ABF rəsmisi FIBA Çempionlar Kubokunda qrupdan çıxmağın çətinliyini və komandanın maksimum səy göstərəcəyini bildirib

"FIBA Çempionlar Kubokunda yer aldığımız qrup kifayət qədər güclüdür".

Bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov ilk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq qadınlardan ibarət 3x3 basketbol millisinin şanslarını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, İspaniya və Kanada kimi yüksək basketbol ənənəsi olan komandalarla yanaşı, meydan sahibi Tailand yığması da doğma azarkeşlər önündə əlavə motivasiya ilə oynayacaq.

"Bu faktları nəzərə alsaq, qrupdan çıxmaq heç də asan olmayacaq. Amma ilk dəfə iştirak etdiyimiz turnirdə maksimum gücümüzü ortaya qoyub qrupdan çıxmağa çalışacağıq. Qızlarımızın oyun ritmi və psixoloji hazırlığı burada əsas rol oynayacaq", - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

ABF rəsmisi hədəflərdən də söz açıb:

"Debütant olduğumuz bu turnirdə minimum hədəf kimi, ilk növbədə, rəqabətədavamlı bir oyun göstərmək niyyətindəyik. Bildiyiniz kimi, turnirin qalibi 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat bileti qazanacaq. Məhz bu amil komandalar arasındakı rəqabəti daha da artırır. Qrupdan çıxmaq isə yüksək səviyyəli bir turnirdə, xüsusilə debüt ilimizdə uğurlu nəticə kimi qiymətləndirilə bilər. Əminliklə deyə bilərəm ki, qızlarımız sona qədər döyüşəcək".

Qeyd edək ki, Çempionlar Kuboku martın 13-15-də təşkil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Cüdo
Bu gün, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Digər
Bu gün, 18:00

Böyük futbol klublarının minifutbola qatılması çətindir

Futbol
Bu gün, 17:40

Çin şirkətləri Mbappé ilə reklam əməkdaşlığını video sonrası dayandırdı

Digər
Bu gün, 17:20

Avropada ilk sınaq: “DH Volley” təcrübəli “Holte”nin öhdəsindən gələ biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:20

Avropa Liqası: "Renn" – "Olimpiakos" oyununun vaxtı dəyişdirilə bilər

Digər
Bu gün, 17:00

Füzuli Məmmədov: “Heyətlə bağlı qərar verməmişəm”

Digər
Bu gün, 16:55

MOİK-in baş məşqçisi: “Zədəlilərin sayı çoxdur”

Futbol
Bu gün, 16:48

Vəli Qasımov Filipe Kandido‑nun gənclik dövrünü və “Sumqayıt”dakı məşqçilik fəaliyyətini tərifləyir

Digər
Bu gün, 16:41

Volkanovski evlilik ildönümünü hədiyyə ilə qeyd edərək UFC 333‑də qalib gəldi

Futbol
Bu gün, 16:31

U-15 Dünya Çempionatı: Nəticədən çox futbolçuların inkişafı vacibdir – Vaqif Cavadov

Digər
Bu gün, 16:29

A Seriyası: “İnter”lə “Latsio”nun liderlik yarışı, “Yuventus” və “Milan” üçün derbi öncəsi sınaq - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 16:14

Sənan Qurbanov: U-15 Dünya Çempionatımillimizin inkişafına töhfə verir

Futbol
Bu gün, 16:10

Azərbaycan Kubokunda “Araz-Naxçıvan” “Şimal”ı, “Marafon” isə “Zaqatala”yı məğlub etdi

Digər
Bu gün, 16:09

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atıldı

Minifutbol
Bu gün, 16:04

Orxan Hüseynov 2026/2027 Azərbaycan Minifutbol Çempionatı üçün yeni reqlament açıqladı

Digər
Bu gün, 16:03

“Napoli”nin oyunçusu cinayətin qurbanı oldu

Futbol
Bu gün, 16:00

Azərbaycanda 2026 ilin minifutbol çocu seçildi

Minifutbol
Bu gün, 15:59

Orxan Məmmədov: Minifutbolun FIFA-ya üzv olması beynəlxalq konfransların gündəmindədir;

Futbol
Bu gün, 15:59

Orxan Məmmədov: Milli komanda üçün güclü çempionat vacibdir

Oxşar xəbərlər