top
Kişi Voleybol Yüksək Liqası: Xilasedici çempion, Neftçi bürünc medal qazandı Idman.biz
18 aprel 2026, 22:13
- ↺ +

Kişi Voleybol Yüksək Liqası: "Xilasedici" çempion, "Neftçi" bürünc medal qazandı

Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Yüksək Liqanın mükafatları uğrunda oyunlar keçirilib. İlk olaraq üçüncülük qarşılaşmasında "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər. Bu matçda "Neftçi" komandası 3:0 hesabı ilə qalib gələrək Yüksək Liqanın bürünc medallarını qazanıb.

İdman.Biz xəbər verir ki,Ardınca baş tutan final oyununda "Xilasedici" və "ORDU" komandaları üz-üzə gəliblər. Rəqibini 3:1 hesabı ilə məğlub edən "Xilasedici" çempion adını qazanıb.

Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında maraqlı və gərgin final oyunu izlənildiyini bildirib Avrokuboklara vəsiqə qazanan komandalara beynəlxalq arenada uğurlar arzulayıb.

Daha sonra AVF-nin vitse-prezidenti Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucov çempionatda fərqlənən voleybolçulara "Ən yaxşı oyunçu" mükafatlarını təqdim ediblər. Ardından qaliblərə kubok və medallar verilib. Çempiona kuboku Çingiz Hüseynzadə və AVF-nin prezidenti Şahin Bağırov təqdim ediblər. Medalları isə Azərbaycan Respublikasının maliyyə nazirinin müavini Natiq Həsənov, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov təqdim ediblər.

Beləliklə, kişi voleybolçuların Yüksək Liqasının qalibi "Xilasedici" komandasına qızıl medal və kubok, "ORDU"ya gümüş, "Neftçi"yə isə bürünc medallar təqdim olunub.

Oyunların nəticələri:

18 aprel

Yüksək Liqa (kişilər)

Final

"Xilasedici" - "ORDU" 3:1 (24:26, 25:16, 27:25, 25:21)

Üçüncü yer uğrunda oyun

"Neftçi" - "Murov Az Terminal" 3:0 (25:17, 25:17, 25:13)

Qeyd edək ki, sabah qadın voleybolçuların Yüksək Liqasında mükafatlar uğrunda oyunlar keçiriləcək.

19:25

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub. Final qarşılaşmasında "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəliblər.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan həlledici oyun "Xilasedici"nin üstünlüyü ilə keçib. Rəqibini 3:1 hesabı ilə məğlub edən komanda Azərbaycan çempionu adını qazanıb.

Xatırladaq ki, çempionatın bürünc medalları uğrunda keçirilən görüşdə "Neftçi" "Murov Az Terminal" kollektivi ilə qarşılaşıb. Həmin matçda 3:0 hesabı ilə qalib gələn "Neftçi" mövsümü üçüncü pillədə başa vurub.

14:28

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bürünc medal uğrunda görüşdə "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gəlib.

Beləliklə, "ağ-qaralar" ölkə çempionatında bürünc mükafata sahib çıxıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:17, 25:13).

Saat 16:00-da final qarşılaşması baş tutacaq. "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər.

11:39

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada mövsümün son - həlledici oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, əvvəlcə üçüncü yer uğrunda görüş baş tutacaq.
Saat 13:00-da "Neftçi" ilə "Murov Az Terminal" qarşılaşacaq.

Günün əsas qarşılaşması isə final olacaq.

Saat 16:00-da "Xilasedici" ilə "Ordu" komandaları çempionluq uğrunda üz-üzə gələcək.

Qeyd edək ki, hər iki oyundan sonra qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.

Yarışlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

ABŞ Konqresi FİFA prezidentini və Arsene Vengeri Trampla əlaqələri ətrafında araşdırmaq üçün çağırış vərəqəsi göndərməyə hazırlaşır

Futbol
Bu gün, 09:19

UEFA reytinqi: Azərbaycan 24‑cü pillədə qoruyub, İsrail keçə bilmədi

Futbol
Bu gün, 09:10

Neftçi

Futbol
Bu gün, 09:08

Qari Nevill: 'Holand 18 ay ərzində 'Real Madrid'in futbolçusu olacaq'

Futbol
Bu gün, 09:00

İmişli Şəfa qarşısında, Neftçi Zirəyə meydan oxuyur

Futbol
Bu gün, 09:00

Bakıda Barselona qarşısında azarkeş sevgilisinə evlilik təklifi etdi

Futbol
Bu gün, 09:00

Neftçi “Zirə”ni qonaq olaraq qəbul edir

Futbol
Bu gün, 08:52

Puxaç: “Barselona qarşısında daha böyük hesabla məğlub ola bilərdik”

Futbol
Bu gün, 08:40

Lionel Messi sabiq komanda yoldaşının məzarı üçün Argentinaya yollanacaq

Futbol
Bu gün, 08:35

Mezzotero İtaliya milliyə dəvəti ala bilər

Futbol
Bu gün, 08:20

18 yaşlı İspaniyalı müdafiəçi Bakıda debut etdi

Futbol
Bu gün, 08:20

İmişli “Şəfa”ya qarşı 13-cü turda mübarizə

Futbol
Bu gün, 08:17

Barselona müdafiəçisi Baldenin Bakı zədəsi: növbəti matçı da buraxacaq

Futbol
Bu gün, 08:12

Arsen Venger ABŞ araşdırmasında ifadə verməyə çağırılacaq

Futbol
Bu gün, 08:00

Empoli yeni baş məşqçi Lorenzo Tonelli ilə anlaşdı

Futbol
Bu gün, 07:40

Sabah hücumçusu Coy‑Lens Mikels: “Barselona’ya 2‑3 qol vura bilərdik”

Digər
Bu gün, 07:30

Barselona matçı zamanı Bakıda ölüb: Rusiyalı azarkeş 11 yaşlı oğlu ilə gəlmiş

Futbol
Bu gün, 07:16

Atletiko Lukmanı 40 milyon avroya satmağa hazırdır

Futbol
Bu gün, 07:00

Fatih Tekke: Silahlı təhdidlərə boyun əyməyərək UEFA Kubokunu qaldırdı

Futbol
Bu gün, 06:13

Messi Karlos Tevezin vida matçına qatılacaq

Futbol
Bu gün, 05:31

Sneyder, Serxio Ramosun 2010 Dünya çempionu olduğu formanı 65.126 avrodan satdı

Futbol
Bu gün, 05:14

İspaniya Futbol Federasiyası 2027 üçün 433 milyon avroluq rekord büdcə təklif edir

Futbol
Bu gün, 04:03

Braziliyada iki futbolçu narkotik ticarəti və şahidlərə təzyiqdə şübhəli olub həbs edilib

Tennis
Bu gün, 04:00

Ben Şelton və Triniti Rodman ayrılıblar

Oxşar xəbərlər