"Gəncə" voleybol klubu heyətinə yeni legioner cəlb edib. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi xəbər verir ki, Gəncə çex voleybolçu Karolina Nova ilə müqavilə imzalayıb.
Oyunçu ötən mövsümü Fransanın "Quimper Volley" komandasında keçirib. Voleybolçu karyerası ərzində Çex Respublikası və ABŞ klublarında çıxış edib.
Karolina Nova Fransa və Çex Respublikası kuboku yarışlarında, NEC Women's Volleyball Championship turnirində mükafatçılar sırasında yer alıb.