top
Coselin Landeros: Bu layihənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm Idman.biz
23 aprel 2026, 16:46
- ↺ +

Coselin Landeros: "Bu layihənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm"

Meksikalı voleybolçu Coselin Landeros üçüncü cəhddə Azərbaycan Voleybol Yüksək Liqasının qızıl medallarını qazanıb.

"Abşeron"la iki dəfə gümüş medal əldə edən libero bu dəfə "Turan"ın heyətində çempionluğa sevinib.

O, gərgin mövsümün təəssüratlarını İdman.Biz-lə bölüşüb.

- Komanda tarixində ilk çempionluğu necə qeyd etdiniz?

- Bunlar inanılmaz emosiyalar idi. Finalın son topundan dərhal sonra sevinc, göz yaşları, qucaqlaşmalar yaşandı. Klub üçün xüsusi bir iş gördüyümüzü anlayırdıq. Hamımız birlikdə – məşqçilər heyəti ilə birgə qeyd etdik, hər şey çox səmimi idi. Belə anlar ömür boyu yadda qalır.

- "DH Volley"yə qarşı finalda ilk seti uduzdunuz, amma sonrakı üç setdə qalib gəldiniz. Psixoloji baxımdan geri dönüş nə qədər çətin oldu?

- İlk set həqiqətən çətin keçdi. Bir az həyəcanlı idik, gərginlik hiss olunurdu. Amma ondan sonra toparlandıq. Belə anlarda bir-birinə güvənmək çox vacibdir. Özümüzə dedik ki, "oyun hələ qarşıdadır". Addım-addım matça qayıtmağa başladıq. Psixoloji baxımdan asan deyildi, amma məhz belə geri dönüşlər komandanı çempion edir.

- Demək olar ki, komanda çempionat boyu çempion xarakteri nümayiş etdirdi?

- Tamamilə doğrudur. Müxtəlif gərginlikdə oyunlarımız oldu. Bəziləri sonadək əsəblərin mübarizəsi idi. Amma nəsə plan üzrə getməyəndə belə təslim olmadıq. Düşünürəm ki, çempion komandanı fərqləndirən də budur – çətin anlarda çıxış yolu tapmaq bacarığı.

- "Turan"a transfer sizin üçün uğurlu oldu. Yəqin ki, bu keçidin doğru seçim olduğunu özünüzü daxildən təbrik etdiniz?

- Əlbəttə, belə fikirlər gəlir (gülümsəyir). Amma açığı, bu, bütün komandanın əməyidir. Düzgün mühitdə, düzgün insanların yanında olanda hər şey alınır. Bu layihənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm.

- Artıq üç mövsümdür Azərbaycanda oynayırsınız. Özünüzü burada "öz evinizdə" kimi hiss edirsiniz?

- Bəli, tam olaraq. Bu müddətdə ölkəyə, insanlara, mədəniyyətə öyrəşmişəm. Burada çox səmimi münasibət var və bu, təkcə həyatda yox, meydanda da kömək edir. Özümü rahat hiss edirəm - bu isə hər bir idmançı üçün çox vacibdir.

- Gələcək planlarınız nədir? Klubda qalacaqsınız, yoxsa yeni çağırışlara hazırsınız?

- İndi bir az dincəlmək və bu anın dadını çıxarmaq istəyirəm. Mövsüm uzun və emosional keçdi. Gələcəyə gəlincə, müxtəlif variantlara açığam. Əgər burada qalıb yeni titullar uğrunda mübarizə aparmaq imkanı olsa, bu, çox yaxşı olar. Amma eyni zamanda yeni çağırışlara da hər zaman hazıram.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Oxşar xəbərlər