İngiltərə klubu "Mançester Yunayted"in sabiq müdafiəçisi Roy Kin komandanın kapitanı Bruno Fernandeşin yeni müqavilə ilə bağlı danışıqları təxirə salmasını şərh edib.
Sportify.az xəbər verir ki, Fernandeş daha əvvəl klubun ona yeni müqavilə təklif etdiyini təsdiqləsə də, komandanın nəticələrini nəzərə alaraq bu məsələni müzakirə etməyi sonraya saxladığını bildirmişdi. O, daha yüksək maaş və ya müqavilə müddətinin uzadılmasını tələb etməsi ilə bağlı yayılan xəbərləri də təkzib etmişdi.
Kin portuqaliyalı futbolçunun klubdakı gələcəyini şübhə altına alaraq ona çağırış edib:
“Mançester Yunayted”i nə qədər sevirsən? Çətin günlərdə komanda ilə qalacaqsan, yoxsa yanvarda ayrılacaqsan?
Əgər məsələ pul deyilsə, diqqətini “Mançester Yunayted”i əvvəlki mövqeyinə qaytarmağa yönəlt".
Qeyd edək ki, Premyer Liqada 11 turdan sonra "Mançester Yunayted" 8 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.