top
CEV Turanın Çempionlar Liqasındakı qarşıdurmalarını və oyunçuların İtaliya ilə keçmiş görüşlərini diqqətə çatdırdı Sportinfo.az
Bu gün, 07:20
- ↺ +

CEV "Turan"ın Çempionlar Liqasındakı qarşıdurmalarını və oyunçuların İtaliya ilə keçmiş görüşlərini diqqətə çatdırdı

Avropa Voleybol Konfederasiyası (CEV) qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İtaliyanın "Skandicçi" və Azərbaycanın "Turan" komandaları arasında keçirilən oyundan öncə maraqlı tarixi qarşıdurmaya diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, CEV-in rəsmi saytında dərc olunan materialda "Skandicçi"nin hazırkı baş məşqçisi Marko Qasparinin Azərbaycan klubları ilə əvvəlki görüşləri xatırladılıb. Xüsusilə "Turan"ın lideri Yelizaveta Rubanın çıxışı vurğulanıb.

2016/17 mövsümündə həmin vaxt "Modena"nı çalışdıran italiyalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində Bakı "Telekom"unu iki dəfə məğlub edib. İtaliya təmsilçisi evdə 3:0, səfərdə isə 3:1 hesablı qələbə qazanıb. Hər iki qarşılaşmada Azərbaycan komandasının ən məhsuldar voleybolçusu Ruban olub. Xüsusilə 2017-ci il fevralın 8-də Bakıda keçirilən oyunda o, 22 xal toplayıb.

Maraqlıdır ki, həmin "Modena"nın heyətində hazırda "Skandicçi"də çıxış edən Katerina Bozetti də yer alıb. Beləliklə, təxminən 10 ildən sonra Ruban Çempionlar Liqasında yenidən Qaspari və Bozetti ilə qarşılaşacaq.

Qarşıdakı oyunun marağını artıran digər məqam isə Rubanın 2017/18 mövsümündə məhz "Skandicçi"nin formasını geyinməsidir. İtaliya Voleybol Liqasının rəsmi statistikasına əsasən, həmin vaxt Səmədova soyadı ilə çıxış edən azərbaycanlı voleybolçu bu klubun heyətində üç matç keçirib.

Bu arada İtaliyanın ixtisaslaşmış OA Sport portalı Rubanı "Turan"ın əsas hücum silahlarından biri kimi təqdim edib. Jurnalist Mario Sirancelo azərbaycanlı voleybolçunun Çempionlar Liqasının təsnifat mərhələsində dörd oyunda 58 xal topladığını və bu göstərici ilə seçmə mərhələnin ən məhsuldar oyunçuları arasında beşinci yeri tutduğunu qeyd edib.

İtaliyalı jurnalist, həmçinin təsnifat mərhələsində 12 blokla yadda qalan çinli orta blokçu Yan Hanyuy və onun Cənubi Koreyadan olan toppaylayıcı Li Da Yon ilə anlaşmasına diqqət çəkib.

OA Sport-un digər materialında jurnalist Enriko Spada "Turan"ın beş voleybolçusunun İtaliya çempionatında çıxış təcrübəsinə malik olduğunu vurğulayıb. Bunlar Rubanla yanaşı, Marta Drpa, Barbora Kosekova, Vilma Salas və Keniya Karkasesdir.

İtaliya nəşri Tovuz təmsilçisinin mövsümə uğurlu startına da diqqət çəkib. Komanda Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi dörd oyunun hamısında, eləcə də Azərbaycan çempionatının ilk iki matçında qələbə qazanıb.

"Turan" tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. D qrupunda Azərbaycan klubunun digər rəqibləri Türkiyənin "Eczacıbaşı" və Serbiyanın "Tent" komandalarıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 11:41

Kanada, Rusiya idmançılarının neytral statusda iştirakına icazə verməsi səbəbindən iki beynəlxalq su idmanı turnirindən məhrum edildi

Futbol
Bu gün, 11:35

"İnter" baş məşqçisi Kivu: "Məqsədimiz uğurlu mövsümü təkrarlamaqdır"

Futbol
Bu gün, 11:30

Joao Feliks "Əl-Nəsr"dən Avropaya qayıtmaq istəyir

Futbol
Bu gün, 11:29

Azərbaycanın U-19 qadın futbol millisi Avropa çempionatı seçməsində Şimali Makedoniya ilə qarşılaşacaq

Cüdo
Bu gün, 11:25

Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyadakı üçhəftəlik toplanışını başa vurub

Futbol
Bu gün, 11:22

"PSJ evdə Lorianı 2:0 məğlub edərək liderliyini qorudu"

Futbol
Bu gün, 11:21

Atletiko Ademola Lukman transferi üçün təklifləri nəzərdən keçirir

Futbol
Bu gün, 11:13

Polşa jurnalisti Levandovskinin Çikaqo Fayrdakı çıxışını uğursuz hesab edib

Futbol
Bu gün, 11:12

"Bavariya" rəsmisi Musialanın zədəsi haqqında: "Bu, insan faciəsidir"

Boks
Bu gün, 11:05

Azərbaycan U-23 boks yığması Poreç Avropa çempionatında 4 medal qazanıb

Voleybol
Bu gün, 11:00

Superliqada beşinci turun son oyunu keçiriləcək

Futbol
Bu gün, 10:55

PSJ "Loryen"i məğlub edərək məğlubiyyətsizlik seriyasını 14 oyuna çatdırdı

Futbol
Bu gün, 10:54

İkinci Liqada 13-cü turun üç qarşılaşması bu gün keçiriləcək

Futbol
Bu gün, 10:45

Anri: Arsenal hazırda çempionluq mübarizəsində ən etibarlı komandadır

Futbol
Bu gün, 10:45

Ronalddan Interə keçidinin səbəbi: daha yaxşı maaş

Futbol
Bu gün, 10:45

Fənərbağçadan Lukaku və iki futbolçu ayrılacaq

Qarabağ FK
Bu gün, 10:42

«Duranın İngiltərəyə transferində iş icazəsi çətinliyi – Azərbaycan çempionatı»

Futbol
Bu gün, 10:40

Erik Kantona: Manchester United-da məşqçi ilə münasibət

Qarabağ FK
Bu gün, 10:37

"Qarabağ – Sumqayıt: Suraxanı Azersun Arena"da 3 xal üçün mübarizə"

Qarabağ FK
Bu gün, 10:33

Qarabağ və Fənərbaxça oyunu: Canlı yayım kanalları və tarixləri

Digər
Bu gün, 10:32

Sumqayıtda ölkə karate birinciliyi müxtəlif üslublarla yekunlaşır

Futbol
Bu gün, 10:30

FIFA bu mükafatı ləğv edə bilər

Futbol
Bu gün, 10:29

Qəbələ Şamaxıya gələcək: Misli Premyer Liqası XIII turu

Futbol
Bu gün, 10:23

«Fransa təmsilçisi PSJ Xulian Kinyonesi ilə maraqlanır»

Oxşar xəbərlər