İtaliya klubu "İnter"in baş məşqçisi Kristian Kivu İtaliya çempionatının 13-cü turunda "Cenoa" üzərində qazandıqları 4:0 hesablı qələbəni dəyərləndirib.
Sportify.az xəbər verir ki, mütəxəssis uğurlu mövsümü təkrarlamaq niyyətində olduqlarını bildirib.
"Düzgün yanaşma nümayiş etdirdik və pozitiv oynadıq. Bilirdik ki, "Cenoa" son vaxtlar ilk hissələrdə yaxşı çıxış edir. Onlar bizə problem yarada bilərdilər və həqiqətən də iki təhlükəli epizod yaratdılar. Lakin qapıçımız həmin vəziyyətlərdə möhtəşəm oynadı. Biz öz oyun planımıza sadiq qaldıq, hesabı açdıq və fasiləyə qədər üstünlüyümüzü artırdıq.
Provodel artıq "Fiorentina" və "Venesiya" ilə oyunlarda özünü yaxşı tərəfdən göstərib. Qapıçılarımızın səviyyəsini və kiçik səhvlərə görə nə qədər sərt tənqid oluna biləcəklərini bilirik. Di Cennaronu da nəzərə alsaq, komandamızda bu çətin vəzifənin öhdəsindən gələ biləcək üç peşəkar qapıçı var. Onlar bir-biri ilə yaxşı münasibətdədirlər və komandamızda olduqlarına şadıq.
Güclü tərəflərimizi daha da sabitləşdirməli, zəif cəhətlərimizi isə minimuma endirməliyik. Bunun üçün düzgün düşüncə tərzi, gərgin əmək və daim diqqətli olmaq lazımdır. Heç kim bizə heç nəyi asanlıqla verməyəcək. Biz hələ də məğlub edilməli komanda hesab olunuruq. Buna görə də mənfi nəticələrdən sonra toparlanmağı bacarmalıyıq. Məqsədimiz uğurlu mövsümü təkrarlamaqdır" – deyə Kivu “Sky Sport Italia”ya bildirib.
Qeyd edək ki, "İnter" 13 turdan sonra 32 xalla İtaliya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.