top
Azərbaycan milli komandası fiziki cəhətdən rəqiblərinə uduzur Idman.biz
09 iyun 2026, 12:27
- ↺ +

Azərbaycan milli komandası fiziki cəhətdən rəqiblərinə uduzur

"Azərbaycanın kişi voleybolçularından ibarət yığması rəqiblərinə fiziki cəhətdən uduzur".

Bunu kişi voleybol millisinin baş məşqçisi Boris Qrebennikov deyib.

Mütəxəssis Avropa Liqasında ardıcıl iki məğlubiyyətə münasibət bildirib.

"Bu mövsüm üçün ən vacib tapşırıq gənc oyunçuların əvvəlki illərdə yığmada çıxış etmiş voleybolçuların yerinə inteqrasiya olunmasıdır. Həmin oyunçular məşq prosesində faydalı olsalar da, son mövsümlərdə nəticə baxımından yükü öz üzərilərinə götürmürdülər. Heyətə 4 nəfər 18 yaşlı, perspektivli voleybolçu cəlb etməklə gənclərin yığmanın yenilənməsi prosesinə inteqrasiyasını sürətləndirdik. Bu, komanda üçün yeni bir dövrün başlanğıcıdır və qələbələr qazanmaq üçün çətin oyunlarda müəyyən təcrübə toplamaq lazımdır. Hazırda bu təcrübəni qazanırıq. Yalnız güclü komandalarla mübarizə aparmaqla hansı istiqamətdə irəliləməli olduğumuzu görürük", - deyə o, report.az-a açıqlamasında söyləyib.

O, komandanın fiziki cəhətdən bütün rəqiblərinə uduzduğunu vurğulayıb:

"Yığmada yeni baş məşqçi var, buna uyğun olaraq yeni tələblər və fərqli oyun konsepsiyası tətbiq edilir. Komandanın 30 faizi yenilənib və kollektiv yeni mərhələyə qədəm qoyur. Komandaya yeni sxemlərin işlənilməsi, avtomatizmin formalaşdırılması və təbii ki, qələbələrin sayının artırılması lazımdır, bunun üçün isə zaman tələb olunur. Bu il yığmaya gələn gənc oyunçulara yalnız voleybolun elementar qaydaları öyrədilib. Lakin onlar çıxış edəcəkləri klublarda öz yerləri uğrunda mübarizə aparmağı da bacarmalıdırlar. Bu gün reallıqda komanda fiziki cəhətdən bütün rəqiblərinə uduzur. Amma bunun üzərində işləmək mümkündür və lazımdır. Fiziki cəhətdən daha güclü rəqibə necə qalib gələ bilərik? Cavab bəllidir: daha inkişaf etmiş texnika, oyunda zəngin variasiyalar və oyun elementlərinin daha dəqiq icrası ilə. Bu çətindir, lakin hər şey oyunçuların böyümək, tərəqqi etmək və addım-addım qələbələrə doğru irəliləmək istəyindən asılıdır. Oyunçuların və komandanın istəyi nə qədər böyük olarsa, qələbələr də bir o qədər tez qazanılar".

B.Qrebennikov məğlubiyyətlərə baxmayaraq, komandada daxili mühitin müsbət olduğunu söyləyib:

"Bu mövsüm gənclik və təcrübənin yaxşı vəhdəti yarandı. Komandada mühit olduqca müsbətdir. Təcrübəli oyunçular hər zaman gənclərə himayədarlıq edir, gənclər isə öz növbəsində voleybolda böyümək üçün öz enerjilərini və motivasiyalarını onlara ötürürlər".

Qeyd edək ki, Azərbaycan yığması Avropa Liqasında keçirdiyi son iki görüşdə İsveç və Yunanıstana 0:3 hesabı ilə məğlub olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Oxşar xəbərlər