top
Aydın Süleymanlı Veyk-an-Zedə yeni taktika tətbiq etməsinin səbəblərini açıqlayıb Idman.biz
31 yanvar 2026, 13:40
- +

Aydın Süleymanlı Veyk-an-Zedə yeni taktika tətbiq etməsinin səbəblərini açıqlayıb

Azərbaycan qrossmeysteri Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi "Tata Steel Challengers" şahmat turnirində kifayət qədər inamlı çıxış edir.

İdman.Biz-in məlumatına görə, finişə iki tur qalmış o, səkkiz xal toplayaraq üçüncü pillədə qərarlaşıb və lider olan ABŞ-li şahmatçı Endi Vudvortdan yarım xal geri qalır.

Süleymanlı ardıcıl üç qələbəlik seriya ilə irəliləyirdi, lakin 11-ci turda Vasili İvançuka məğlub oldu. Bununla belə, həmyerlimiz birinci yer uğrunda mübarizədə hələ də yaxşı şanslarını qoruyur.

Aydın etiraf edib ki, Veyk-an-Zedə qazandığı qələbəli partiyalar da onun üçün müxtəlif ssenarilərlə keçib. O, buna misal olaraq İspaniyanı təmsil edən Daniil Yuffa ilə görüşü göstərib.

"Bir məqamda hətta uduza da bilərdim, çünki xətləri qarışdırmışdım. Lakin rəqibim optimal gedişləri tapa bilmədi və nəticədə mən şans qazandım. Amma mövqe mənim üçün açıq-aşkar təhlükəli idi. Qeyri-standart gedişlərə əl atmalı oldum, əks halda məğlubiyyət qaçılmaz idi", – deyə A. Süleymanlı bildirib.

Azərbaycan şahmatçısı əlavə edib ki, Veyk-an-Zee turnirində mümkün qədər sürətli oynamağa çalışır.

"Mən sürətli oynamağa çalışırdım. Həm Yuffa ilə oyunda, həm də digər partiyalarda. Çünki zaman amili getdikcə daha böyük əhəmiyyət kəsb edir. Ona görə də lövhədəki mövqe xoşuma gəlməyəndə oyunu sürətləndirməyə cəhd edirəm. Əvvəllər belə strategiya tətbiq etmirdim, amma Veyk-an-Zedə bir sıra görüşlərdə xal itirdikdən sonra taktikanı dəyişməyə qərar verdim", – deyə Süleymanlı "Tata Steel Challengers"in rəsmi kanalına açıqlamasında söyləyib.

O, həmçinin yarışın reqlamentinə də toxunub. Reqlamentə əsasən, turnirdə turlar arasında iki istirahət günü nəzərdə tutulub.

"Əslində, belə bir yarış üçün bir istirahət günü tamamilə kifayətdir. Çünki turnir iki dəfə fasiləyə gedəndə iştirakçılar sanki ritmi itirirlər. Mən digər şahmatçılarla da danışmışam və bəziləri etiraf edir ki, istirahət günündə oyun günlərindən daha çox yorulurlar. Veyk-an-Zedə oyun gərginliyi, adrenalin olur və yorğunluğu hiss etmirsən. Amma məhz istirahət günlərində bu üzə çıxır və o zaman nə qədər yorulduğunu dərk edirsən", – deyə Süleymanlı vurğulayıb.

Əlavə edək ki, Aydın məhz ikinci istirahət günündən sonra Vasili İvançuka uduzaraq məğlubiyyətlə üzləşib. İndi onun turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq üçün ehtiyatında iki turu qalıb.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

Musa Qurbanlı: "Sabah"ı üstələdik, amma qələbəyə nələrsə çatmadı

Basketbol
Bu gün, 10:00

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha iki oyunu bu gün keçiriləcək

Futbol
Bu gün, 09:40

Luis Enrike PSJ-də sənədli film çəkilişinə qadağa qoyub

Futbol
Bu gün, 09:34

Poçettino De Zerbinin "Tottenhem"ə təyin olunmasından narazıdır

Futbol
Bu gün, 09:30

"Liverpul" Kundeni transfer etmək üçün "Barselona"ya 80 milyon avro təklif edə bilər

Basketbol
Bu gün, 09:18

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Gəncə" - "Lənkəran" və NTD - "Sumqayıt" oyunları keçiriləcək

Cüdo
Bu gün, 09:00

Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışlarına start verildi

Futbol
Bu gün, 09:00

"Transfermarkt"a əsasən dünyanın ən bahalı qapıçıları: İlk "10-luq"

Futbol
Bu gün, 08:30

Niki Batt Mourinyonun "Mançester Yunayted"ə qayıtmasını istəyir

Futbol
Bu gün, 08:13

Transfermarkt-ın versiyasına görə dünyanın ən bahalı qapıçısı Donnarummadır

Futbol
Bu gün, 08:00

Silvio Baldini İtaliya millisinin müvəqqəti baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 07:11

"Bavariya" Noyerin müqaviləsinin uzadılması ehtimalını dəyərləndirir

Futbol
Bu gün, 06:20

"Çelsi" Fernandesi ucuz qiymətə buraxmayacaq

Boks
Bu gün, 05:10

Krouford boks karyerasını bitirməkdən danışdı

Futbol
Bu gün, 04:12

Ronaldu penaltidən əvvəl "Bismillah" deyibmi?

Futbol
Bu gün, 03:14

"Opta" superkompüteri "Mançester Siti"-"Liverpul" matçının nəticəsini proqnozlaşdırıb

Futbol
Bu gün, 02:09

Qurban Qurbanov "Sabah"la oyundan sonra: "Bu cür rəqibə qarşı oynamaq xoşdur"

Minifutbol
Bu gün, 01:57

Orxan Məmmədov: “Zirə”nin çempionluğu minifutbolun inkişafının göstəricisidir

Futbol
Bu gün, 01:56

"Qarabağ" - "Sabah" oyununun videoicmalı (2:2) - Sport24.az

Minifutbol
Bu gün, 01:39

"Zirə"nin hədəfi Çempionlar Liqasının qalibi olmaqdır

Futbol
Bu gün, 01:20

"Rayo Valyekano" "Elçe" üzərində minimal hesablı qələbə qazanıb

Cüdo
Bu gün, 01:19

Gəncədə Yeniyetmələrin Cüdo üzrə Avropa Kubokunun Püşkatma Mərasimi Keçirilib

Futbol
Bu gün, 01:01

PSJ "Tuluza"nı məğlub edib: Liqa 1-də 28-ci tur nəticəsi

Voleybol
Bu gün, 00:55

"Milli Aviasiya Akademiyası" və "Gəncə" Azərbaycan Yüksək Liqasının yarımfinalında

Oxşar xəbərlər