top
Aydın Süleymanlı Veyk-an-Ze turniri və son turdakı məğlubiyyəti haqqında danışdı Idman.biz
02 fevral 2026, 19:26
- +

Aydın Süleymanlı Veyk-an-Ze turniri və son turdakı məğlubiyyəti haqqında danışdı

Dünən, fevralın 1-də azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi "Tata Steel Challengers" şahmat turnirində çıxışını başa vuraraq üçüncü yeri tutub. Bu, layiqli nəticə sayılsa da, şahmatçı müəyyən məyusluq hissi keçirir. Çünki o, son tura qədər turnirə liderlik edib və əsas qalib namizədlərindən biri hesab olunurdu.

Son tur ərəfəsində A.Süleymanlı ABŞ-li Endi Vudvordla birinci–ikinci yerləri bölüşür, əlavə göstəricilərə görə isə onu qabaqlayırdı. Lakin həlledici partiyada azərbaycanlı şahmatçı serbiyalı Velimir İviçə məğlub olub.

İdman.Biz Aydın Süleymanlı ilə Niderlanddakı çıxışı və 2026-cı il üçün qarşıya qoyduğu hədəflər barədə söhbət edib.

- Veyk-an-Ze turnirində çıxışınızı necə qiymətləndirirsiniz?

- Son tura kimi yaxşı çıxış etmişdim və təbii ki son turda çempionluğu əldən vermək ağırdır, buna rəğmən reytinqimi 10 vahid artırdım, turnir mənim çün çox da pis keçmədi.

- Turnir boyu liderlər sırasında, hətta bəzən tək lider kimi çıxış edirdiniz. Son turda serbiyalı şahmatçıya məğlub olduğunuz partiyada nə baş verdi?

- Qalib gəlməyim üçün riskə getmək lazım idi və mən də bunu etməyə çalışdım, lakin çox pis formada etdim və son turda ağır məğlubiyyətlə üzləşdim. Əfsuslar olsun ki, axırıncı oyun, son illərdə oynadığım ən pis oyunlarımdan biri idi.

- Son turdan əvvəl siz Endi Vudvordla birinci-ikinci yerləri bölüşürdünüz. Onun oyunu sizin İviçlə qarşılaşmanıza təsir göstərdimi?

- Əslində o oyuna heç diqqət yetirmirdim ki fikrim yayınmasın, sadəcə öz oyunuma fokuslanmışdım.

- 11-ci turda siz turnirdə ilk məğlubiyyətinizi məşhur şahmatçı İvançukdan aldınız. Bu partiyanın turnirin ümumi nəticələrinə təsir göstərə biləcək əsas oyun olduğunu düşünürsünüzmü?

- Xeyr, heç də belə düşünmürəm. 12-ci oyunda qalib gəlib yenidən liderliyə yüksəlmişdim. Ümimi yarışa təsir edən yeganə oyunum son oyunum idi deyə düşünürəm.

- Bu turnirdə oynadığınız partiyalardan hansını daha çox bəyəndiniz və niyə?

- 12-ci turda Markandria Maurizziyə qarşı oyunumu bəyəndim, qara fiqurlarla hücum şahmatı oynayıb maraqlı taktiyayla qalib gəldim həmin oyunda.

- Keçən il bu turnirdə birinci-ikinci yerləri bölüşmüşdünüz, bu il isə üçüncü oldunuz. Hansı turnirdə oyununuz sizdə daha yaxşı təəssürat yaratdı?

- Keçən ilki yarış daha ürəyimcə idi, həmin il sadəcə bəxt səbəbilə qalib gələ bilməmişdim. Bu il qalib gələn şahmatçı bu çempionluğa doğurdan da layiq idi.

- Təəssüf ki, ikinci dəfədir "Masters" turnirinə vəsiqə qazana bilmədiniz. "Challenges" mərhələsindən keçmədən Veyk-an-Zedə əsas "Masters" turnirinə dəvət almaq üçün nə etmək lazımdır?

- Burda çoxlu faktorlar əslində, yaşın və hansı ölkədən olduğun çox böyük önəm daşıyır. Məsələn Hindistanlısınızsa, bu turnirdə oynamaq şansınız iki dəfə artır (yarışın sponsoru – Hindistanın polad istehsalı şirkəti "Tata Steel" - Red.). Yenə də düşünürəm ki, 2700 reytinqinə yaxınlaşsam, bu turnirə dəvət ala bilərəm.

- Qarşıda sizi Azərbaycan şahmat çempionatı gözləyir. Gözləntiləriniz nələrdir?

- Ümid edirəm burdakı son məğlubiyyətimi unudub, ölkə çempionatında daha yaxşı çıxış edərəm.

- Bu il üçün qarşınıza hansı məqsədlər qoymusunuz?

- Məqsədim hər il özümü daha da inkişaf elətdirib daha yaxşı oyun göstərməkdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Araz-Naxçivan icarə əsasında Neftçinin hücumçusunu heyətinə cəlb edib

Futbol
Bu gün, 14:50

„Karvan-Yevlax“ „İmişli“dən futbolçu transfer edib

Futbol
Bu gün, 14:45

Sumqayıt - Neftçi matçının keçiriləcəyi yer dəyişdirildi

Futbol
Bu gün, 14:40

Andrey Sinenko "Dnepr"e keçib

Basketbol
Bu gün, 14:38

Los-Anceles Klippers NBA-nın ən hündür və ən alçaqboylu basketbolçularını transfer edib

Futbol
Bu gün, 14:23

Boyan Letiç “Araz Naxçıvan”la müqavilə imzalayacaq

Futbol
Bu gün, 14:08

Harri Keyn “Bavariya” ilə müqaviləsini 2029-cu ilə qədər uzadacaq

Futbol
Bu gün, 13:52

Trabzonspor azarkeşi loja icarəsini 2040-ci ilədək uzadır, 100 milyon lirə ödəyib

Futbol
Bu gün, 13:45

Sumqayıt "Neftçi" ilə qarşılaşmasını digər stadionda keçirəcək

Futbol
Bu gün, 13:40

Roma Rodrigo Moraya 25 milyon avro təklif edib

Futbol
Bu gün, 13:20

İnter Musa Diabiyə yenidən təklif edir

Futbol
Bu gün, 12:52

Vircil van Deyk Andoni İraolanın rəhbərliyi altında işləmək barədə danışdı

Futbol
Bu gün, 12:40

Everton və Kristal PelasTransfer Razılaşması

Futbol
Bu gün, 12:23

Levandovski “Barselona”nın əfsanələri sırasına daxil edilib

Futbol
Bu gün, 12:20

Viktor İbarbo karyerasını İtaliyada bərpa edə bilər

Boks
Bu gün, 11:53

Uqandalı boksçular Britaniyada sığınacaq istəyirlər

Boks
Bu gün, 11:38

Azərbaycan boksçuları beynəlxalq turnirdə iki qızıl medal qazandı

Futbol
Bu gün, 11:20

Fulhem Şi Çarlzı 30 milyonlara alıb

Futbol
Bu gün, 11:10

Zakari Atekamenin “Lion”a icarəyə verilməsi barədə razılıq əldə olunub

Futbol
Bu gün, 10:25

Əl-Nəsrdə Samu Kosta ilə daha bir portuqaliyalı transferi

Futbol
Bu gün, 10:10

Mourinyo “Mançester Yunayted”i niyə workingə imtina edib

Futbol
Bu gün, 09:55

Robert Levandovski “Leagues Cup”da növbəti qolunu vurub

Futbol
Bu gün, 09:40

Toral Bayramov “Bursaspor”’un heyətində debüt etdi

Futbol
Bu gün, 09:40

Əl-Nəsr Samu Kostanı transfer etdi

Oxşar xəbərlər