top
Samir Ələkbərov 40 ildən sonra Xankəndiya qayıdıb: “Məşqçi kimi burada uşaq futboluna töhfə verə Bilərəm” Idman.biz
Bu gün, 20:08
- ↺ +

Samir Ələkbərov 40 ildən sonra Xankəndiya qayıdıb: “Məşqçi kimi burada uşaq futboluna töhfə verə Bilərəm”

Azərbaycan futbolunun veteranı Samir Ələkbərov 40 ildən sonra Xankəndi şəhər stadionuna qayıdaraq burada keçirdiyi futbolçu karyerasından və gələcək arzularından danışıb.

İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasının dəvəti ilə Xankəndiyə gələn veteran futbolçu Birinci Liqanın 8-ci turunun "Xankəndi" - "Karvan-Yevlax" qarşılaşmasından əvvəl təəssüratlarını bölüşüb.

Ələkbərov 40 il əvvəl məhz bu stadionda son oyununu keçirdiyini bildirib:

"Xankəndidə futbol bayramı yaşanır. Bu münasibətlə Azərbaycan xalqını və futbol azarkeşlərini təbrik edirəm.

Düz 40 il bundan əvvəl, elə bu ayda, Xankəndinin "Qarabağ" klubunda sonuncu oyunumu keçirmişəm. Həmin illərdə Azərbaycan komandaları ilə də qarşılaşırdıq. Gəncənin "Kəpəz", Mingəçevirin "Avtomobilçi" və Naxçıvanın "Araz-Naxçıvan" komandaları ilə üz-üzə gəlmişik.

Sevindirici haldır ki, 40 ildən sonra iki Azərbaycan komandası yenidən Xankəndidə üz-üzə gəlir. Hər iki komandaya uğurlar arzulayıram".

Veteran futbolçu stadionun tamamilə dəyişdiyini qeyd edərək yaddaşından silinməyən qolun tarixçəsini də bölüşüb:

"Stadion tamamilə dəyişib. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. O vaxt mənim 18 yaşım var idi. Həmin anlar yenidən gözlərim önündə canlanır. Bu stadionda çox qollar vurmuşam. Onlardan biri həmişə yaddaşımda qalacaq.

"Araz-Naxçıvan" komandasına qarşı oynayırdıq. Şəhərin katibi də oyunu izləyirdi. Mənə deyirdi ki, sən qol vur, mükafatını mən verəcəyəm. Oyunun son dəqiqələri idi. Qol vurub həmin tribunaya doğru qaçdım.

Xankəndi ilə bağlı arzularım çoxdur. Məşqçi kimi burada qalıb uşaq futbolunun inkişafına töhfə verə bilərəm".

Qeyd edək ki, əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi qarşılaşmada "Karvan-Yevlax" meydan sahiblərini 2:0 hesabı ilə məğlub edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:19

Barselona 10 milyon avroluq Cey-Cey Qabriel transferindən imtina etdi, Real Madrid məsələni nəzərdən keçirir

Qarabağ FK
Bu gün, 20:04

“Qarabağın keçmiş futbolçusu Munis Abdullayev Xankəndi stadionunda gənclik illərini yad etdi” - VİDEO

Cüdo
Bu gün, 19:58

Azərbaycanın cüdoçuları Daşkənddə bronz ulduzu üçün yarışacaq

Futbol
Bu gün, 19:51

Mançester Siti üzərindəki maliyyə ittihamları

Futbol
Bu gün, 19:50

Röyal Nəcəfov: Xankəndinin Karvan-Yevlaxa 0:2 hesabına məğlub olmasından sonra fikirləri

Futbol
Bu gün, 19:28

AFFA İntizam Komitəsi II Liqa klublarına cərimələr kəsb edib

Futbol
Bu gün, 19:21

Ramiz Məmmədov: “Prezidentimizə və ordumuza eşq olsun, Premyer Liqaya yüksəlmək üçün əlimizdən gələni edirik”

Futbol
Bu gün, 19:16

Xayme Jardi Niko Pasın istedadından təəccüblənməsini açıqladı

Qarabağ FK
Bu gün, 19:03

“Kəpəz” – “Qarabağ” matçının bileti azalıb: yalnız 500 ədəd qalıb, satış sürətlə davam edir

Digər
Bu gün, 19:01

Fuad Həsənov Rusiyada ŞKO Açıq Kubokunda bürünc medal qazandı

Futbol
Bu gün, 18:48

Yenidənqurulan Xankəndi şəhər stadionunda Karvan‑Yevlax 2‑0 qalib gəldi

Basketbol
Bu gün, 18:44

Pep Qvardiola Dubayda basketbol üzrə Avroliqa matçını izləyərkən xüsusi forma hədiyyəsi alıb

Futbol
Bu gün, 18:29

Maurisio Poçettino 1999-cu il Çempionlar Liqası finalını xatırladı: “Mançester Yunayted”in tarixi geridönüşü məni həyəcanlandırdı

Futbol
Bu gün, 18:29

Milli qadın futbol komandası məktəblilərlə görüşərək imza sessiyası keçirdi

Futbol
Bu gün, 18:14

Karles Puyol Inter d'Eskaldes klubunda beynəlxalq əlaqələr və futbol direktoru vəzifəsinə təyin edildi

Digər
Bu gün, 18:04

“Karvan-Yevlax” “Xankəndi”yə qalib gəldi

Futbol
Bu gün, 18:00

Real Madrid Fransalı yarımmüdafiəçi Tçuameni ilə müqaviləni 2032-ci ilə qədər uzatdı

Cüdo
Bu gün, 17:58

Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 17:50

Xəncəndi stadionunda 'Xəncəndi'-'Kərvan-Yevlax' matçından əvvəl şəhid oğlu topa ilk toxunuş edib

Futbol
Bu gün, 17:50

UEFA, FIFA-dan İnfantinonun FFE layihəsiylə bağlı sənədlərin təqdim edilməsini tələb edir

Digər
Bu gün, 17:48

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb

Futbol
Bu gün, 17:40

Mərakeş millisinin sabiq baş məşqçisi Valid Reqraqi Qətər yığmasına rəhbərlik edə bilər

Futbol
Bu gün, 17:40

"Real Madrid" Orelyen Tçuameni ilə müqaviləni 2032-ci ilədək uzadtı

Oxşar xəbərlər