"Mançester Yunayted"in yeni baş məşqçisi Maurisio Poçettino "Old Trafford" stadionunda eşitdiyi mahnının onun üçün xüsusi məna daşıdığını bildirib.
İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis azarkeşlərin suallarını cavablandırarkən ABŞ millisindəki fəaliyyətini xatırlayıb.
"Country Roads mahnısı mənim üçün çox şey ifadə edir. Çünki ABŞ-də xüsusi bir kollektiv yaratmışdıq və dünya çempionatında qələbələrimizdən sonra bu mahnı səslənirdi. Onu "Old Trafford"da da eşitdim. Bu, bir əlamət idi, elə deyilmi?" - deyə Poçettino vurğulayıb.
54 yaşlı mütəxəssis uşaqlıq kumirinin kim olduğunu da açıqlayıb:
"Dieqo Armando Maradona. O, uşaqlıqda mənim kumirim idi, indi də belədir və həmişə belə qalacaq".
Poçettino "Mançester Yunayted"də qarşısına qoyduğu əsas məqsəddən də danışıb:
"Hamımızın razılaşacağı ilk məsələ oyunlarda qalib gəlməkdir. Amma bunun üçün birlikdə çalışmalı, eyni düşüncəni bölüşməli və öz futbol fəlsəfəmizi formalaşdırmalıyıq. Hazırda ən vacib məsələ maksimum səviyyədə rəqabət aparmağın və qələbələr qazanmağın yolunu tapmaqdır".
Baş məşqçi klubun özünəməxsusluğunu isə azarkeşləri və qələbə ənənələri ilə əlaqələndirib.
Qeyd edək ki, Poçettino noyabrın 13-də "Mançester Yunayted"in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda ilk oyununu noyabrın 22-də səfərdə "Liverpul"a qarşı keçirəcək.