top
Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik Sport24.az
Bu gün, 20:36
- ↺ +

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

"Qarabağ" Misli Premyer Liqasının X turunda səfərdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, çox istəkli və əks-hücumlarda sürətli olan bir kollektiv var idi. Çempionat onu göstərir ki, hər oyuna maksimum hazırlaşmalıyıq. Pozitiv olaraq qarşıdakı matçlara hazırlaaşacağıq.

 

- İlk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında mübahisə oldu. Onları cəzalandıracaqsız?

 

- Futbol emosional oyundur. belə halları dünya futbolunda tez-tez görürük. Komanda yoldaşıdırlar, dostdurlar. Həmişə bir yerdədirlər, bir-birilərinə qarşı pozitiv olurlar. Tam araşdırmadım. Ola bilər ki, oyunda əsəbləşməyə səbəb olan hadisə var. bunu biz bilmirik. Amma yüz faiz cəzalanacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir.

 

- "Sabah" əsas oyunçularının bir çoxunu oynatmayaraq "Qəbələ"ni 4: 0 hesabı ilə məğlub etmişdi. "Qarabağ" isə bu rəqibin qarşısında çətinlik çəkdi. Sizcə, bunun səbəbi nədir?

 

- "Sabah"a burada elə də asan olmamışdı. 2 qolu son dəqiqələrdə vurmuşdular. "Qəbələ"də yeni baş məşqçi var. Yeton Bekirini tanıyıram. Çempionlar Liqasında ötən mövsüm onun komandasına qarşı oynamışdıq. "Qəbələ" get-gedə daha yaxşı olacaq. Lider olmaq istəyiriksə, əlbəttə ki, daha yaxşı oynamalıyıq. Çatışmazlıqlarımız var. Bu da normal haldır. Ümumi çempionatın gedişinə baxsaq, hər turda istənilən nəticə qeydə alına bilər.

 

- Marko Yankoviçin fasilədə əvəzlənməsi sırf mübahisə ilə bağlı idi?

 

- Bəli.

 

- "Qarabağ" demək olar ki, yüz faizlik qol epizodları yarada bilmədi. Hücum xəttində axsamaların olmasının səbəbi nədir?

 

- Razıyam. Daha yaxşı oynamalı, daha çox topa sahib olmalıyıq, qol epizodları yaratmalıyıq. Bunun üzərində işləyirik. Potensialımız, gücümüz var.

 

- 18 ildir "Qarabağ"dasız, bir neçə dəfə heyətdə böyük dəyişikliklər olub. Budəfəki yeniləmə prosesi niyə uğurlu alınmadı?

 

- Futbol elə oyundur ki, daim dəyişikliklər olur. Birdən-birə böyük dəyişiklik haradasa düşüncələrimizə mane olur. Çatışmazlıqlarla bağlı bir neçə fikir söyləmək olar. Əvvəlkindən daha yaxşı olmağa çalışırıq. İstənilən komanda istənilən rəqibə qarşı yaxşı oyun qura bilir. Bu da çempionatın səviyyəsinin qalxdığını göstərir. Bəlkə də tam düşündüyümüz tipdə oyunçular əldə edə bilmədik. Bəzən futbolçulara görə oyun qurmağa çalışırıq. Amma hər bir halda mənə elə gəlir ki, çatışmazlıqları  aradan qaldıracağıq. Oyunçuların potensialı var. Avrokuboklarda mübarizəni dayandırmaq bizə psixoloji cəhətdən təsir etdi. Bəzi futbolçuların zədələnməsi rotasiyanı aşağı saldı. Mütləq şəkildə yaxşı olmalıyıq. Çatışmazlıqlarımız var. Bunu gizlətmirəm. Belə yanaşmaq lazım deyil ki, "Qarabağ" əvvəlki kimi olmayacaq. daha yaxşı olmağa çalışırıq. Olamsa belə bu, o demək deyil ki, biz əllərimizi yanımıza salmışıq. Yaxşı nəticələr qazanmağa çalışırıq.

 

- Azarkeşlər həmişə "Qarabağ"ı başqa cür görüblər, sadəcə bu cür oyunu həzm edə bilmirlər...

 

- Komanda udanda uğurlu görünür. Deməzdim ki, transferdə yanlışlıq olub. Sadəcə komandanı dinamik oyuna çatdırmaq üçün bir az vaxt lazımdır. İnşallah düzələcək. Azarkeşlərimiz ürəksiz olmasınlar. Bəzi fikirlər yazılanda onun ətrafında cəmləşənlər çox olur, bir az neqativ yanaşma yaranır. Amma qətiyyən elə deyil. Yaxşı komandamız var. İnanıram ki, bizi qarşıda yaxşı oyunlar gözləyir. Heyəti genişləndirmək istiqamətində işlərimiz gedir.

 

- Adınız "Fənərbaxça" ilə hallanır. Bu xəbərlərə reaksiyanız necədir?

 

- "Fənərbaxça"ya uğurlar arzulayıram.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Bu gün, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Bu gün, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Bu gün, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Bu gün, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Futbol
Bu gün, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Bu gün, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Bu gün, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Bu gün, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Bu gün, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Bu gün, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Bu gün, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Bu gün, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Bu gün, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Bu gün, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Bu gün, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Cüdo
Bu gün, 19:01

İbrahim Talıbovun Dakar Olimpiadasındakı ilk potensial rəqibi məlum oldu

Futbol
Bu gün, 18:57

Turan Tovuz-2 və İmişli-2 3:3 nəticəylə məhsuldar heç-heçə

Futbol
Bu gün, 18:50

Gəncə voleybolçuları “Kəpəz” futbol komandası üçün stadiondan dəstək verəcəklər

Futbol
Bu gün, 18:45

“Şəki” klubunun yeni baş məşqçisi Firuddin Mövsümov oldu

Futbol
Bu gün, 18:34

Mançester Yunayted 0:2 ilə Çelsi'ye məğlub oldu – Karrik 16-cı pillədə qaldı

Oxşar xəbərlər