\"Qarabağ\" komandası 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib.
Bu barədə \"Report\"a Peşəkar Futbol Liqasından məlumat verilib.
\"Neftçi\" (3:3), \"Sabah\" və \"Qəbələ\" (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan Ağdam klubu 11 ildən sonra belə seriya ilə üzləşib.
11 qat ölkə çempionu 2015/2016 mövsümünün ilk yarısında ardıcıl 3 heç-heçə edib. 2015-ci ilin dekabrında \"Zirə\" (0:0), \"Sumqayıt\" (2:2) və \"Qəbələ\"yə (1:1) qarşı matçlarda fərqli hesablar qeydə alınıb.
Qeyd edək ki, mövsümdə ikinci dəfə komandalardan biri ardıcıl üç dəfə heç-heçə edib. Bunadək \"Neftçi\" \"Sabah\" (0:0), \"Qarabağ\" (3:3) və \"Turan Tovuz\" (1:1) ilə görüşlərdən sülhlə ayrılıb.