Misli Premyer Liqasında XIII turun növbəti görüşləri bu gün keçiriləcək.
«Report»un məlumatına görə, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq «Şamaxı» doğma meydanda «Qəbələ» ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Ev sahibləri 14 xalla yeddinci, qonaqlar 11 xalla doqquzuncu pillədə qərarlaşıb.
Günün ikinci duelində «Qarabağ» «Sumqayıt»ı qəbul edəcək. «Azersun Arena»da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq. Ağdam təmsilçisi 20 xalla dördüncü sıradadır. «Kimyaçılar» isə 10 xalla onuncu yerdədir.
Misli Premyer Liqası
II dövrə
XIII tur
29 noyabr
14:30. «Şamaxı» – «Qəbələ»
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu
17:00. «Qarabağ» – «Sumqayıt»
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov
«Azersun Arena»
Xatırladaq ki, İlk oyun günündə «Şəfa» səfərdə «İmişli»yə qalib gəlib (3:1), «Neftçi» isə evdə «Zirə»ni məğlub edib (1:0). XIII tura noyabrın 29-da yekun vurulacaq.