top
Donald Tramp FIFA‑nın Sülh Mükafatının ilk və son laureatı ola bilər Idman.biz
Bu gün, 09:01
- ↺ +

"Donald Tramp FIFA‑nın Sülh Mükafatının ilk və son laureatı ola bilər"

Beynəlxalq Futbol Federasiyası (FIFA) ilk dəfə 2025-ci ildə ABŞ Prezidenti Donald Trampa təqdim etdiyi Sülh Mükafatının gələcəyi ilə bağlı yenidən müzakirələrə başlayıb.

İdman.Biz "The New York Times" qəzetinə istinadən xəbər verir ki, nəşrin futbol qurumundakı üç yüksəkvəzifəli mənbəsinin məlumatına görə, mükafatın ləğv edilməsi və ya adının dəyişdirilməsi nəzərdən keçirilir.

FIFA xüsusi komitəyə mükafatın təsis edilməsi şəraitini və gələcəkdə təqdim olunmasının məqsədəuyğunluğunu araşdırmağı tapşırıb.

Qəzetin iki həmsöhbəti mükafatın konsepsiyasına yenidən baxılmasını FIFA prezidenti Canni İnfantinonun Donald Trampla yaxın münasibətlərindən doğan narahatlığın artması ilə əlaqələndirib. Qurum daxilində gələcək laureatların kim olacağı və onların mükafatı qəbul etmək istəyib-istəməyəcəkləri barədə də qeyri-müəyyənlik mövcuddur.

Müzakirə edilən variantlardan biri mükafatın konsepsiyasının dəyişdirilməsi və gələcəkdə futbolun inkişafına mühüm töhfə vermiş şəxslərə təqdim olunmasıdır.

Mükafatın təsis edilməsi və laureatın müəyyənləşdirilməsi prosedurları da futbol ictimaiyyətində mübahisələrə səbəb olub. Norveç Futbol Federasiyasının prezidenti Lise Klaveness mükafatın FIFA-nın nizamnamə və qaydalarında əsasının olmadığını bildirib.

UEFA da oktyabrda FIFA rəhbərliyinə ünvanladığı məktubda mükafatın təsis olunması və İnfantinonun Trampla münasibətləri barədə izahat tələb edib.

Sözügedən mükafatın Azərbaycanla bağlılığı da var. ABŞ Prezidentinə təqdim olunan heykəlcik Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin müəllifi olduqları "Düşüncələr və arzular" heykəlinin kiçildilmiş variantıdır. Əsərin orijinalı 2017-ci ildə Cenevrədə BMT-nin qərargahı qarşısında ucaldılıb.

Xatırladaq ki, FIFA Sülh Mükafatının təsis edildiyini 2025-ci il noyabrın 5-də elan edib. Mükafatın hər il sülh naminə insanları birləşdirmək istiqamətində müstəsna töhfə vermiş şəxslərə təqdim olunması nəzərdə tutulurdu.

Donald Tramp mükafatın ilk laureatı olub. Canni İnfantino 2025-ci il dekabrın 5-də Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimində mükafatı ABŞ Prezidentinə təqdim edib.

Mükafatın gələcəyi ilə bağlı məsələyə FIFA Şurasının dekabrda keçiriləcək iclasında baxılması gözlənilir. Mükafat ləğv olunacağı təqdirdə Donald Tramp onun ilk və son laureatı kimi tarixə düşəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

"Mançester Yunayted tarixində ilk dəfə belə biabırçılıq yaşandı"

Futbol
Bu gün, 09:17

Noyabrın 29-da Avropa və Türkiyə Futbolu: Günün Ən Gözəl Çoxsaylı Oyunları

Futbol
Bu gün, 09:08

Şamaxı Qəbələ ilə oyunda seriyaya son qoymağa çalışacaq

Qarabağ FK
Bu gün, 09:05

Misli Premyer Liqası: Şamaxı–Qəbələ və Qarabağ–Sumqayıt bu gün oynanacaq

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ" – "Sumqayıt"a qarşı

Futbol
Bu gün, 08:40

"Union Berlin" baş məşqçi Mario Lustrinelli ilə yollarını ayırdı

Futbol
Bu gün, 08:20

"Şamaxıda "Qəbələ" ilə qarşılaşma"

Futbol
Bu gün, 08:14

Braziliyanın Libertadores Kubokunda titulların sayına görə liderliyi ələ keçirdi

Futbol
Bu gün, 08:07

"Mançester Yunayted 63 il əvvəlki antirekordunu təkrarladı"

Qarabağ FK
Bu gün, 08:00

Favoritlərin qalibiyyəti və çətinlikdə qalan komandalar

Futbol
Bu gün, 08:00

"Palmeyras" Qitələrarası Kubokunda iştirak haqqı qazandı

Futbol
Bu gün, 07:09

Alvares "Atletiko"nun üç oyunluq qələbəsizlik seriyasına son verdi

Digər
Bu gün, 06:45

"Lük Besson "Terminator" filmini anasının darıxdığını söyləyərsə çəkəcək"

Futbol
Bu gün, 06:13

Pedro Neto Çelsidə 20 keçid etdi

Futbol
Bu gün, 05:12

"Fulhem"də ciddi itki – Bobb zədələndi və uzun müddət oyunlarda olmayacaq"

Futbol
Bu gün, 05:08

Mourinyo‑nun hakimin qərarlarından narazılığı və Bellingham‑ın oyundan qovulması

Futbol
Bu gün, 04:12

"Arsenal" Nvaneri Dortmunddan geri qaytarmaq üçün hələlik addım atmayıb

Futbol
Bu gün, 03:37

"Əl‑Nəsr" klubunun 100 ardıcıl matçda qol vurmaları dünya rekordu

Futbol
Bu gün, 03:06

«Alaves» «Real»ın 10 matçlıq qələbə seriyasına son verdi

Futbol
Bu gün, 03:04

Vensan Kompani "Bavariya"nın çətin dövrdən sonra daha güclü olacağına inam

Şahmat
Bu gün, 02:30

"Hindistanlı Qukeş Dommaracu ilə Özbəkistanlı Cavohir Sindarovun dünya şahmat çempionluğu dördüncü partiyası heç-heçə ilə sona çatdı"

Futbol
Bu gün, 02:20

İnter Cenoa'yı 4:0 məğlub etdi

Futbol
Bu gün, 02:20

Paris Saint‑Germain 2-0 Lorye ilə qələbə qazandı

Oxşar xəbərlər