top
Mateuş Silva “Qarabağ”ın qol problemlərinə işıq tutdu və azarkeşlərə meydanda cavab verəcəyimizi bildirdi Idman.biz
Bu gün, 12:59
- ↺ +

Mateuş Silva “Qarabağ”ın qol problemlərinə işıq tutdu və azarkeşlərə meydanda cavab verəcəyimizi bildirdi

"Bizim azarkeşlərə mesajımız sözlərlə deyil, meydanda göstərdiyimiz oyunla olmalıdır. Bunun üçün mümkün qədər çox çalışacağıq və cavabımızı meydanda verəcəyik".

Bunu "Qarabağ"ın braziliyalı futbolçusu Mateuş Silva deyib.

29 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Qəbələ" ilə keçirilən oyun (0:0) barədə danışıb.

O, qarşılaşmada qazanılan bir xalı belə dəyərləndirib.

"Düzünü desəm, meydanda çətinliklərlə üzləşdik. Oyun quruculuğunda və hücumların təşkilində problemlər yaşadıq. Bu oyundan nəticə çıxarmalı və növbəti qarşılaşmaya köklənməliyik. Səhvlərimizi təhlil edəcəyik ki, gələcək oyunda belə hallar təkrarlanmasın. Bu dəfə bir xalla kifayətlənirik. Bunu qəbul edib, artıq qarşıdakı oyun haqqında düşünmək lazımdır. Bizə göstərdikləri dəstəyə görə azarkeşlərə təşəkkür etmək istəyirəm. Onların dəstəyi bizim üçün çox dəyərlidir", - deyə o teleqraf.az-a açıqlamasında vurğulayıb.

Uzun müddətdir "Qarabağ"da çıxış edən Mateuş Silva komandanın cari mövsümdəki çıxışının əvvəlki illərlə müqayisədə zəif olmasının, eləcə də qol vurmaqda çətinlik çəkməsinin səbəblərini belə izah edib:

"Futbolçuların komandadan ayrılması və yenilərinin gəlməsi normal prosesdir. Bu, hər bir komandada baş verir. Hazırda biz də həmin prosesi yaşayırıq, uyğunlaşma dövründəyik. Amma onu deyə bilərəm ki, bütün futbolçular məşqlərdə səylə çalışırlar. Əlimizdən gələni edirik ki, əvvəlki performansımızı, əvvəlki oyunumuzu sərgiləyək. Düşünürəm ki, zamanla hər şey qaydasına düşəcək".

Braziliyalı futbolçu bundan sonrakı qarşılaşmaların çətin keçəcəyini bildirib:

"Düşünürəm ki, bizim üçün oyunlar heç vaxt asan olmayacaq. Amma milli fasilə məşqlərdə bir-birimizi daha yaxşı tanımaq baxımından vacibdir. Növbəti oyunda müsbət nəticə qazanmağa çalışacağıq. Oyunların asan keçəcəyini düşünmək olmaz. Bütün qarşılaşmalar çətin olacaq. Hər kəs "Qarabağ"a qalib gəlmək istəyir. Buna görə də asan oyun gözləməməliyik. Hər matça hazır olmalıyıq".

Qeyd edək ki, hazırda 19 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Qarabağ" lider "Neftçi"dən 2 xal geri qalır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Basketbol
Bu gün, 13:29

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Digər
Bu gün, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Formula 1
Bu gün, 13:14

Maks Ferstappen Kimi Antonellinin Formula 1-də istedadından fəxr edir

Futbol
Bu gün, 13:07

“Vikinq” – “Sabah” matçını niderlandlı hakim briqadası idarə edəcək

Futbol
Bu gün, 13:00

Lamin Yamal Avropa top liqalarında qol və asistlər baxımından liderdir.

Futbol
Bu gün, 13:00

Neftçi skautları Macarıstan və Portuqaliyada legioner axtarır

Formula 1
Bu gün, 12:58

Alpin komandası sürücüsü Franko Kolapinto Meksika Qran-prisində 10 saniyəlik cəza aldı

Digər
Bu gün, 12:29

Azərbaycanlı atlet Vüsalə Bentley 5 saat 3 dəqiqə plankla dünya rekorduna iddia edir

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Futbol
Bu gün, 11:14

Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi

Digər
Bu gün, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Futbol
Bu gün, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir;

Boks
Bu gün, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə Avropa çempionatına hazırlıqda

Qarabağ FK
Bu gün, 11:00

Jali Muaddib Neftçi ilə razılaşdı, amma son anda Qarabağ'a transfer oldu

Futbol
Bu gün, 10:59

İkinci Liqada 9-cu turun ikinci oyun günündə iki qarşılaşma

Oxşar xəbərlər