top
Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir Report.az
Bu gün, 16:20
- ↺ +

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

İldə 2-3 beynəlxalq matç keçirməklə gənc futbolçuların inkişaf etməsi və ciddi uğur qazanması çox çətindir.

Bunu "Report"a açıqlamasında "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftəndil Hacıyev deyib.

Mütəxəssis daxili çempionatla beynəlxalq turnirlər arasındakı səviyyə fərqini önə çəkib:

"19 yaşlı futbolçuların beynəlxalq turnirlərdə ciddi uğurlar qazanması asan deyil. Bu yaş qrupu ölkə daxilində rəqiblərini rahat üstələyir, hazırda çempionatda birinci pillədə qərarlaşıb. Lakin beynəlxalq qarşılaşmalarda liqamızın aşağı keyfiyyətdə olduğu aydın hiss edilir. Çünki burada tam fərqli keyfiyyət, dinamika və sürətlə qarşılaşırıq. Bu, kompleks problemdir. Ölkə üzrə aşağı yaş qruplarında sistemli iş qurulmalıdır ki, gələcəkdə U-19 səviyyəsinə çatdıqda bu cür hallarla üzləşməyək".

Akademiya rəhbəri UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin "Dinamo" ilə cavab qarşılaşmasını dəyərləndirib:

"İlk hissəyə uğursuz başladıq. Ardıcıl buraxılan qollardan sonra geridönüş etmək çox çətindir. Bununla belə, qol vurmaq şanslarımızın olmadığını deməzdik. Bir neçə epizod oldu ki, hesab arasındakı fərqi azalda bilərdik. Rəqibin də təhlükəli imkanları var idi. Ümumilikdə məyusedici məğlubiyyətdir".

O, gənc futbolçuların inkişafı üçün əsas məqsədləri də açıqlayıb:

"Gənclər belə qarşılaşmalarda təcrübə toplayaraq möhkəmlənəcəklər. Görünən odur ki, daxili liqada yüksək mübarizə və sürətlə qarşılaşmırlar. İldə 2-3 və ya 5 belə matç oynamaqla inkişaf etmək çox çətindir. Məqsədimiz onları qısa zamanda böyüklərlə daha çox oynadıb sürətli futbola uyğunlaşıdırmaqdır. Bu gün beynəlxalq arena üçün təkcə "Qarabağ"ın deyil, digər komandaların da gücü yetmir. Gələcəkdə aşağı yaş qruplarında ölkə üzrə sistemli fəaliyyət qurulsa, həm milli komandalar, həm də klublar daha yaxşı nəticələr qazana bilərlər".

Qeyd edək ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada "Dinamo"ya 0:7 hesabı ilə uduzub. Bakıdakı ilk görüşdə də məğlub (1:2) olan Ağdam təmsilçisi turnirdə mübarizəni dayandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Oxşar xəbərlər