III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan üzgüçüsü Oqtay Hüseynov jurnalistlərə açıqlama verib. Sport24.az xəbər verir ki, o, bu uğurdan məmnun qaldığını bildirib:
"İlk dəfədir ki, Azərbaycan üzgüçüsü MDB Oyunlarında qızıl medal qazanır. Bunu bacardığım üçün çox sevincliyəm. Xoşbəxtəm ki, Azərbaycanın bayrağını ən yüksəyə qaldırdım. Yarışdan öncə bir qədər tələskənliyim var idi, amma üzməyə başlayarkən bunu aradan qaldıra bildim".
Qeyd edək ki, Oqtay Hüseynov 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayaraq qələbə qazanıb.