top
Natali Pronina-Rəcəbli: Hər bir çempion uşaq idmanının tərəqqisinə öz dəstəyini göstərməlidir Idman.biz
22 may 2025, 15:01
- +

Natali Pronina-Rəcəbli: "Hər bir çempion uşaq idmanının tərəqqisinə öz dəstəyini göstərməlidir"

Paralimpiya çempionu, üzgüçü Natali Pronina-Rəcəbli kütləvi idmanın inkişafına, sağlam həyat tərzinə təşviqə və istedadlı uşaqların aşkarlanmasına yönəlmiş layihələri həyata keçirməyə davam edir.

İdman.biz xəbər verir ki, o, "Həmrəy ol, Qalib ol" ictimai birliyinin təsisçisi və rəhbəridir.

Həyat yoldaşı Cəsur Rəcəbli və həmfikirlərdən ibarət komandası ilə birlikdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir hazırlayır.

Pronina-Rəcəbli saytımıza müsahibəsində tədbirlə bağlı danışıb: "Bu, sevinclə, estafetlərlə, hərəkətərlə və uşaqlıq ruhu ilə dolu fəal bir gün olacaq. Tədbir 10 nəfərdən ibarət iki komandanın iştirakı ilə oyun-estafet formatında keçiriləcək. Bu, sadəcə əyləncəli yarış deyil, uşaqların özlərini komandanın bir hissəsi kimi hiss edəcəkləri, dəstək səslərinin eşidiləcəyi, özünə inamın və güvənin yaranacağı bir yer olacaq. Bu il xüsusilə önəmlidir ki, tədbiri inklüziv formatda keçirəcəyik – estafetlər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün də uyğunlaşdırılıb. Bu, bütün uşaqlar üçün bərabər olmaq, güclü olmaq və birlikdə olmaq imkanıdır".

O, həmçinin qeyd edib ki, son iki il ərzində "Həmrəy ol, Qalib ol" birliyi kənd və qəsəbələrdə 26 səyyar tədbir təşkil edib: "Bu tədbirlərdə artıq 1000-dən çox uşaq iştirak edib. Onların arasında onlarla həqiqi istedad gördük. Bəziləri artıq idman bölmələrində məşqlərə başlayıb və inanılmaz irəliləyiş nümayiş etdirirlər."

Pronina-Rəcəbli dəstəyə ehtiyaclarının olduğunu da vurğulayıb: "Hazırda biz növbəti, çox vacib mərhələnin astanasındayıq – daha çox uşağı əhatə edən inklüziv sistemli proqramların yaradılması. Bunun üçün bizə həqiqətən dəstək lazımdır."

Paralimpiya çempionu sözlərinə belə davam edib: "Hazırda biz – gördüyü işə həqiqətən inanan çox az sayda insanıq. Bütün bu fəaliyyətləri təşkilat və ya şirkətlərin dəstəyi olmadan həyata keçiririk. Amma gizlətmirəm ki, 1 iyun tədbiri üçün hazırlıq zamanı bizə bəzi əsas şeylər çatışmır: texniki məsələlər və tədbirin sonunda komandaların mükafatlandırılması üçün xatirə hədiyyələri. Adətən heç kimdən kömək istəmirik, amma söhbət uşaqlardan gedirsə, hər kəsin anlayışına səmimi şəkildə ümid edirəm".

Nətali Pronina-Rəcəbli uşaq idmanının inkişafı ilə bağlı fikirlərini də bölüşüb: "Hər birimiz bir vaxtlar bu uşaqların yerində olmuşuq. Bəli, bu gün biz çempionuq, rekordçuyuq, qəhrəmanıq. Amma hər birimiz bir vaxtlar dəstəyə ehtiyac duymuşuq. Mən də. Ola bilər ki, uşaqlıqda kimsə məni dəstəkləsəydi, idman yolum daha asan və uzun olardı. Mən arzulayıram ki, Azərbaycanda hər bir uşağın idmanla məşğul olmaq imkanı olsun. Həmçinin onların dəstəyi olsun. Bu dəstək hər zaman dövlətdən olmasa da, qoy bizim kimi bu yolu keçənlərdən gəlsin. Axı bizim zəhmətimiz boşa getməyib, ölkə başçısı tərəfindən dəyərləndirilib. Mən Azərbaycan Prezidenti İlham Əliyevin xüsusilə idmanın dəstəklənməsi sahəsində apardığı siyasəti dərin hörmətlə qarşılayıram. Bunu öz karyeramda hiss etmişəm. Səmimi şəkildə inanıram ki, hər çempion, hər idmançı uşaq və kütləvi idmanın inkişafına töhfə verməyə borcludur. Biz buna biganə qala bilmərik. Axı bu bizim gələcək nəslimizdir. Güclü bir ölkənin gələcəyi məhz onlardan asılıdır!"

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 19:57

Maks Ferstappenə “Red Bull” tərəfindən 5 illik müqavilə təklifi

Futbol
Bu gün, 19:24

Barselona Alvaresə alternativ olaraq Tresoldini nəzərdən keçirir

Futbol
Bu gün, 19:07

La Liqanın 1-ci turunda “Selta” ilə “Osasuna”nın oyunu təxirə salınıb

Futbol
Bu gün, 18:50

AFFA tərəfindən "Futbolda istedadların aşkarlanması" mövzusunda vebinar keçirilib

Digər
Bu gün, 18:21

Kanadalı hokkeyçi həyat yoldaşının dəstəyinə görə karyerasını davam etdirib

Futbol
Bu gün, 18:20

Davide Frattezi “Latsio”ya transfer olundu

Digər
Bu gün, 18:07

Erlinq Holandın təsviri olan kokain bağlamaları müsadirə edilib

Futbol
Bu gün, 18:02

Qalatasaray „Arsenal“ın hücumçusu üçün 45 milyon avro təklif etdi

Basketbol
Bu gün, 17:51

Azərbaycan millisinin basketbolçusu “LANDAU Lions”a keçdi

Futbol
Bu gün, 17:43

„Barselona“ Mark Bernalı əldən buraxmaq istəmir

Güləş
Bu gün, 17:28

Bakıda U17 çimərlik güləşi dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək

Qarabağ FK
Bu gün, 17:14

Oleq Kuznetsov „Qarabağ“ haqqında fikirlərini bölüşüb

Futbol
Bu gün, 16:55

Erlinq Holand Ginnesin Rekordlar Kitabına düşüb

Futbol
Bu gün, 16:40

Fənərbağça futbolcusu Braziliyaya qayıdır

Qarabağ FK
Bu gün, 16:28

„Qarabağ“ - „Dinamo“ oyunundan əvvəl fan zona təşkil olunacaq

Futbol
Bu gün, 16:20

Qaradağ Lökbatan” Hüseyn Hüseynlini transfer edib

Voleybol
Bu gün, 16:04

“Ordu” klubu polşalı voleybolçu Mixal Kubyakı transfer edib

Futbol
Bu gün, 16:00

"Sabah"ın Çempionlar Liqasına Gedəcəyi Məlumdur?

Futbol
Bu gün, 15:40

Kaxa Kaladze Xviça Kvaratsxelianın "Qızıl top" şanslarını dəyərləndirdi

Futbol
Bu gün, 15:19

„Şəfa“ FK fransalı futbolçunu transfer edib

Güləş
Bu gün, 15:05

Sona Ağayeva Paralimpiya Oyunlarına lisenziya qazandı

Futbol
Bu gün, 14:54

Şəfa klubu Fransalı futbolçu Omar Abdulaye Diavı transfer edib

Futbol
Bu gün, 14:40

Nyukasl Kamerunlu Yarımmüdafiəçi ilə Marqlanır

Qarabağ FK
Bu gün, 14:39

“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq

Oxşar xəbərlər