top
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası: Süni intellekt müsabiqəsi və digər məsələlər müzakirə edildi Idman.biz
12 iyun 2025, 15:59
- +

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası: "Süni intellekt" müsabiqəsi və digər məsələlər müzakirə edildi

Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin iclası keçirilib.

İdman.biz "Report"a istinadən xəbər verir ki, MOK-un inzibati binasında baş tutan toplantıda çıxış edən qurumun vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin iştirakçılarını gündəliklə tanış edib.

Gündəliyə Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyinə həsr edilmiş "Süni intellekt (AI) və idmanda innovasiya" müsabiqəsi, EYOF-2025 Avropa Gənclər Olimpiya Festivalı, Olimpiya Günü ilə bağlı və cari məsələlər daxil edilib.

Çingiz Hüseynzadə Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyindən danışıb: "10 il əvvəl bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Ölkəmiz tarixdə ilk dəfə bu məsuliyyəti öz üzərinə götürərək, I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. I Avropa Oyunlarını nümunəvi təşkil etməklə beynəlxalq qurumların etimadını qazandıq. Sübut etdik ki, Azərbaycan istənilən mötəbər idman tədbirinin keçirilməsi üçün ən etibarlı tərəfdaşdır. "Süni intellekt (AI) və idmanda innovasiya" dünyada ilk dəfədir ki, təşkil olunur".

Müsabiqədə iştirak üçün yaşı 18-dən yuxarı olan hər bir şəxsin müraciət etmək imkanı olduğunu qeyd edən Çingiz Hüseynzadə münsiflər heyətinin də müəyyənləşdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, münsiflər heyətinə Avropa və Türkiyə Olimpiya Komitəsindən, eləcə də ölkəmizdən nümayəndələr daxil edilib. Münsiflər heyətinə İspaniya Milli Olimpiya Komitəsinin baş katibi Viktoriya Kabezas, Türkiyə Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Volkan Öner, I Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva, qızıl mükafatçısı Rəsul Çunayev və MOK-un nümayəndəsi Mehman Kərimov daxildir.

İcariyyə Komitəsinin iclasında Çingiz Hüseynzadə Olimpiya Günü ilə bağlı danışarkən qeyd edib, ki, iyunun 23-də Milli Olimpiya Komitəsində bununla bağlı tədbir təşkil olunacaq.

MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov Bakı-2015 Avropa Oyunlarının 10 illik yubileyinə həsr edilmiş "Süni intellekt (AI) və idmanda innovasiya müsabiqəsi"nin təqdimatı ilə bağlı çıxış edib. I Avropa Oyunlarının yunan-Roma güləşi üzrə qalibi Rəsul Çunayev və oyunların ulduz səfiri Tünzalə Ağayeva Bakı-2015 Avropa Oyunları barədə təəssüratlarını bölüşüblər.

İclasda həmçinin Skopye-2025 EYOF-un missiya rəhbəri Vaqif Əliyev çıxış edərək İcraiyyə Komitəsinin üzvlərinə Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla bağlı məlumat verib.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 04:05

Floyd Meyvezerə qarşı oğurluq və fırıldaqçılıq ittihamları irəli sürülüb

Futbol
Bu gün, 03:07

Mbappe mundialda vurduğu qollara görə rekorda yaxınlaşıb

Futbol
Bu gün, 02:36

Erlinq Holand dünya çempionatında debüt edib

Futbol
Bu gün, 02:04

Şaxtyor" "Flamenqo"nun gənc hücumçusu Rayan Robertonun transferində "Çelsi" və "Nyukasl"ı məğlub edib

Futbol
Bu gün, 01:44

Rəşad Sadıqov: Avrokuboklarda iştirak gözlənilməz oldu

Futbol
Bu gün, 01:05

Fransa millisi Seneqal üzərində qələbə qazandı

Futbol
Bu gün, 01:01

DÇ-2026: Fransa - Seneqal matçında hesab 3:1 olsa da, qolların sayı dördə çatır

Futbol
Bu gün, 00:47

DÇ-2026: Fransa Seneqal üzərində qələbə qazanıb

Futbol
Bu gün, 00:39

Fransa millisi dünya çempionatlarında ilk hissələr üçün antirekorda imza atıb

Futbol
Bu gün, 00:32

DÇ-2026: Mbappe Fransanı Seneqal üzərində irəli çıxarır

Futbol
Bu gün, 00:10

Futbol üzrə 2026-cı il dünya çempionatında Fransa Seneqalla üz-üzədir

Futbol
Dünən, 23:55

DÇ-2026: Fransa və Seneqal matçının ilk yarısı qolsuz başa çatıb

Futbol
Dünən, 23:43

Ruben Amorim “Milan”ın baş məşqçisi təyin olunub

Basketbol
Dünən, 23:28

Neftçi basketbolçuları Dünya Qadın Seriyasında Uqanda millisinə qalib gəliblər

Futbol
Dünən, 23:03

Fransa və Seneqal Dünya Çempionatında Qarşılaşır

Futbol
Dünən, 22:59

Almaniya kanseri Trampa milli komandanın formasını hədiyyə edib

Futbol
Dünən, 22:43

Neftçi" PFK 2026/27 mövsümü üçün hazırlaşırdı

Cüdo
Dünən, 22:25

Qaxda cüdo üçün kəmər dərəcələri imtahanı keçiriləcək

Güləş
Dünən, 22:10

Paraatletlərimiz Tunis Qran-Prisində iştirak edəcəklər

Futbol
Dünən, 21:55

İnter Eduardo Kamavinqanı transfer etməyi düşünür

Futbol
Dünən, 21:39

“Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünalla yollarını ayırır

Qarabağ FK
Dünən, 21:09

Qarabağ” klubu Portuqaliyalı oyunçunu transfer edib

Futbol
Dünən, 20:57

Mançester Siti 18 yaşlı Fransız müdafiəçisini transfer edib

Futbol
Dünən, 20:47

Hakan Sünal "Sumqayıt"dan gedir

Oxşar xəbərlər