top
Fərid Qayıbov III MDB Oyunlarında Azərbaycan medallarının sayının artacağını proqnozlaşdırır Idman.biz
29 sentyabr 2025, 14:54
- +

Fərid Qayıbov III MDB Oyunlarında Azərbaycan medallarının sayının artacağını proqnozlaşdırır

"III MDB Oyunlarının sonuna qədər Azərbaycan idmançılarının medallarının sayı çoxalacaq".

İdman.biz "Report"a istinadla xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

O, Gəncədə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası barədə danışıb: "Hər zaman MDB Oyunları ərəfəsində bu cür iclaslar keçirilir. Belə yığıncaqlarda iştirakçı ölkələrin idman nazirlərinin və ya müavinlərinin hesabat xarakterli çıxışları olur. İclasda hazırda Gəncədə davam edən III MDB Oyunları ilə bağlı maraqlı müzakirələr oldu. Dünən Gəncə stadionunda baş tutan möhtəşəm açılış mərasimi barədə söhbətlər aparıldı".

Nazir 4 gündür davam edən yarışlarda maraqlı mübarizələrə şahidlik etdiklərini söyləyib: "Üzgüçülük və stolüstü tennis yarışlarında artıq medallar qazanmışıq. Bu, bizə pozitiv düşünməyə imkan verir ki, yarışın sonuna qədər medallarımızın sayı daha çox olacaq. "Doğma divarlar" arasında qələbələrimizin sayının çox olmasını istəyirik. Bütün idmançılara uğurlar arzulayıram".

O, bildirib ki, III MDB Oyunlarının paytaxtdan kənarda keçirilməsi Prezident İlham Əliyevin təşəbbüsü olub: "7 şəhərimiz III MDB Oyunlarını qəbul etmək üçün hazır vəziyyətə gətirildi. Hazırlıq vaxtı Təşkilat Komitəsi tərəfindən bir sıra işlər görüldü. Ölkə üzrə 50-dən artıq idman kompleksləri var. Onların bəziləri son 25 ildə inşa olunmuşdu və təmirə ehtiyacı var idi. Yarışdan əvvəl fürsətdən istifadə edərək idman qurğuları əsaslı təmirə bağlandı".

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:18

DÇ-2026-nın bağlanış mərasimində world ulduzlarının iştirakı

Futbol
Bu gün, 21:03

Yann Sommer “İnter”dən “Brügge”yə keçib

Futbol
Bu gün, 20:58

Amil Yunanov Şirvana transferred

Futbol
Bu gün, 20:17

"Qəbələ" "Kəpəz"i məğlub edib

Futbol
Bu gün, 20:02

Ander Errera “Saraqosa”ya transfer olunub

Futbol
Bu gün, 19:59

Lamin Yamal: Qol hesabımı Fransa oyununda aça bildiyimə ümid edirəm

Futbol
Bu gün, 19:46

"Real Madrid" "Barselona"nın Neqreyranın dövründə qazandığı kuboklardan məhrum olunmasını istəyib

Boks
Bu gün, 19:31

Zlatan İbrahimoviç Tayson Fyuri ilə boks döyüşü keçirməyə hazır

Futbol
Bu gün, 19:16

Frenki de Yonq dörd aya qədər futbol oynaya bilməyəcək

Futbol
Bu gün, 19:00

Ander Herrera „Saragosa“ya keçib

Futbol
Bu gün, 18:30

Kilian Mbappe zədəsini tam sağaltmayıb

Futbol
Bu gün, 18:30

Kilian Mbappe yarımfinala ağrıkəsicilərlə çıxacaq

Futbol
Bu gün, 17:53

Tural Qurbanov Konfrans Liqasında matç idarə edəcək

Futbol
Bu gün, 17:40

Tottenhem futbolçusu "Brayton"a keçib

Şahmat
Bu gün, 17:22

16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək

Futbol
Bu gün, 17:20

Erlinq Holandın sosial şəbəkədə rekordu

Digər
Bu gün, 17:00

Elvin Yunuszadənin yeni klubu

Futbol
Bu gün, 16:56

Mbappe yarımfinala hazırlaşır, lakin tam hazır deyil

Voleybol
Bu gün, 16:44

Turan klubu slovakiyalı voleybolçu ilə yeni müqavilə bağlayıb

Qarabağ FK
Bu gün, 16:23

Qarabağ" FK Avropa Liqasına hazırdır - "Vestri" ilə oyuna ıslandiyaya yollanıb

Boks
Bu gün, 16:17

Azərbaycan boksçuları Qoridə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar

Digər
Bu gün, 16:11

Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaq

Digər
Bu gün, 16:00

Xankəndi şəhər stadionunun təmirinə 2.1 milyon manat ayrılıb

Futbol
Bu gün, 15:45

"Xankəndi" futbol klubu üç futbolçu ilə yollarını ayırıb

Oxşar xəbərlər