top
Yenidən çempion adını qazanmaq üçün bütün gücümüzlə çalışacağıq Sport24.az
13 may 2025, 14:30
- +

Yenidən çempion adını qazanmaq üçün bütün gücümüzlə çalışacağıq

Sərbəst güləş üzrə U15 milli komandanın böyük məşqçisi Namiq Quliyev müsahibə verib. Sport24.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan mütəxəssis bunları deyib:

 

– Mart ayında Gəncə İdman Sarayında keçirilən U15 ölkə birinciliyini necə qiymətləndirirsiniz? Sizin üçün sürpriz adlar alındı?

– Gözlədiyimiz kimi alındı. Fərqlilik onda oldu ki, çempionluq gözlədiyimiz bəzi uşaqlar 2-3-cü yerləri tutdu. Favoritlərdən zədələndiyi üçün titul qazana bilməyənlər oldu. Ölkə birinciliyindən öncə Serbiyada keçirilən Gimnaziada üçün 10 nəfərlik heyət müəyyənləşdirmişdik. Onlardan yalnız biri Gəncədə özünü doğrultmadı. Həmin güləşçi ötən il ölkə çempionu və Avropa çempionatının iştirakçısı olmuşdu. O da zədələndiyi üçün bu dəfə yarışla erkən vidalaşdı. Gimnaziada üçün nəzərdə tutulmuş heyətdən 5 nəfər qızıl, 2 nəfər gümüş, 2 nəfər isə bürünc medal qazandı.

 

– Yeri gəlmişkən, Gimnaziadada iştirak edən bütün sərbəst güləşçilərimiz fəxri kürsüyə qalxdı. Rəhbərlik etdiyiniz komanda 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazandı. Nəticədən razı qaldınız?

– Çıxışımızı qənaətbəxş sayıram. Serbiyada güləş ölkələrindən – ABŞ, Qazaxıstan, İran, Ermənistan, Ukrayna kimi ölkələr təmsil olunurdu. Ümumilikdə 20-dən çox ölkənin güləşçiləri mübarizə apardı. Beş güləşçimiz finala yüksəldi. Daha çox qızıl medal qazana bilərdik. İki final görüşündə qələbəni son saniyələrdə əldən verdik.

 

– Sizin üçün əsas sınaq 25-28 iyunda İtaliyada keçiriləcək Avropa çempionatı olacaq. Qitə birinciliyinə hazırlıq necə gedir?

– Mayın 24-dən iyunun 4-dək Xaçmaz Olimpiya İdman Kompleksində ümumi fiziki hazırlıq üzərində qurulu təlim-məşq toplanışı keçəcəyik. 3-4 günlük istirahətdən sonra yenidən Xaçmaza yollanacağıq. İyunun 8-dən 22-dək taktiki-texniki çalışmalara diqqət ayıracağıq. Xaçmazdan qayıdıb, dərhal Avropa çempionatına yola düşəcəyik. İyun ayının hava şəraitini nəzərə alıb, Xaçmazda toplanış keçməyimiz hərtərəfli məqsədəuyğundur.

 

– Ötən il 140 xalla komanda hesabında Avropa çempionu oldunuz. Titulu qorumaq mümkün olacaqmı?

– Yenidən çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Düzdür, Rusiyanın nəticələri komanda hesabında nəzərə alınmır. Amma fərdi idmançılarını götürsək, əsas rəqiblərimiz yenə də şimal qonşularımızdır. Təbii ki, Gürcüstan komandasını da ciddi rəqib sayırıq. Düşünürəm ki, ən azı 6-7 medal qazana bilərik. Güləşçilərimizdən 3-4-ü finala yüksəlmək potensialındadır. Qızıl medalımızın da olacağını fikirləşirəm.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:31

İsveç dünya çempionatında 65 ildən sonra böyük hesabla məğlub olub

Futbol
Bu gün, 01:05

Rafinya DÇ-2026-da Şotlandiya ilə oyunu buraxacaq

Futbol
Bu gün, 00:53

DÇ-2026: Almaniya - Kot-d'İvuar matçında fasilədir

Futbol
Bu gün, 00:48

İsveç millisinin Niderlanda məğlubiyyəti

Futbol
Bu gün, 00:31

DÇ-2026: Almaniya Kot-d'İvuarla matçda hesabda geridədir

Futbol
Bu gün, 00:26

Niderland milli komandası İsveçi 5:1 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 00:24

Niderland İsveçi 5:1 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 00:00

Almaniya Kot-d'İvuara qarşı Futbol üzrə dünya çempionatında

Futbol
Dünən, 23:50

Almaniya - Fil Dişi Sahili: DÇ-2026

Futbol
Dünən, 23:45

Kot-d'İvuar baş məşqçisi Almaniya matçı barədə danışdı

Futbol
Dünən, 23:10

Kodi Qakpo dünya çempionatında 100-cü qolun müəllifi olub

Futbol
Dünən, 22:59

Real Madrid Olisenin transferi ilə bağlı açıqlama verdi

Futbol
Dünən, 22:51

DÇ-2026: Niderland İsveçi 5:1 məğlub edib

Futbol
Dünən, 22:37

DÇ-2026: İngiltərə millisi ABŞ-dakı bazasında tornado təhlükəsi ilə üzləşib

Cüdo
Dünən, 22:18

Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medalçı olub

Futbol
Dünən, 22:00

"Xankəndi"də baş məşqçinin köməkçisi ilə yolların ayrılması

Futbol
Dünən, 22:00

"Xankəndi"də məşqçi heyətində dəyişiklik

Digər
Dünən, 21:48

Azərbaycan taekvondoçuları Avropa çempionatında medal qazanıblar

Futbol
Dünən, 21:05

Turan Tovuz futbol klubu iki oyunçusu ilə yollarını ayırdı

Futbol
Dünən, 21:04

Turan Tovuz iki oyunçusu ilə yollarını ayırdı

Futbol
Dünən, 21:00

Ronaldinyo karyerasını bərpa edib

Futbol
Dünən, 20:54

Almaniya - Fil Dişi Sahili: DÇ-2026 II tur

Futbol
Dünən, 20:47

Niderland İsveçə qarşı görüş keçirəcək

Futbol
Dünən, 20:44

Neftçi ilə Elvin Camalovun müqaviləsi uzadıldı

Oxşar xəbərlər