Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.
İdman.Biz xəbər verir ki, şpaqa növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Özbəkistana 38:39 hesabı ilə uduzaraq bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, İslamiada sabah başa çatacaq.
17:32
Azərbaycanın qadın sablya üzrə milli komandası VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
İdman.Biz xəbər verir ki, millimiz yarımfinal mərhələsində Türkiyə yığmasını 45:32 hesabı ilə məğlub edərək finala adlayıb.
Həlledici görüşdə rəqibimiz Özbəkistan millisi olacaq.