Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.
İdman.Biz bildirir ki, sərbəst güləşçimiz Hacı Kərimov (70 kq) yarımfinalda rusiyalı Ramazan Abdulkadırovla qarşılaşıb.
Həmyerlimiz qarşılaşmada 7:0 hesabı ilə qalib gəlib.
Beləliklə, Hacı Kərimov U20 Avropa çempionatının finalına yüksəlib.