top
U-23 Dünya Çempionatı: Azərbaycan Güləş Yığmasının Heyəti Bəlli Oldu Idman.biz
16 oktyabr 2025, 16:46
- +

U-23 Dünya Çempionatı: Azərbaycan Güləş Yığmasının Heyəti Bəlli Oldu

Oktyabrın 20-dən 27-dək Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.

İdman.Biz xəbər verir ki, ilin son dünya çempionatında iştirak edəcək heyət açıqlanıb.

Bildirilib ki, Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında keçirilən tədbirdə AGF-nin rəhbər şəxsləri iştirak edib. Onlar komandalara məsul yarışda uğur arzulamaqla yanaşı, hər bir milli üzvünü işinə məsuliyyətlə yanaşmağa, nəticədən asılı olmayaraq, hər görüşdə son saniyəyədək əzmlə mübarizə aparmağa, sona kimi güləşməyə səsləyiblər.

Dünya çempionatına yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Ziya Babaşov (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Laçın Vəliyev (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdanov (130 kq) mundialda iştirak edəcək.

Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilərimiz mübarizəyə qoşulacaq. Heyətdə Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Nərgiz Səmədova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq) və Ruzanna Məmmədova (65 kq) yer alıb.

Yarışın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Muhəmmədəli Əlizadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ayxan Abdullazadə (65 kq), Kənan Heybətov (70 kq), Maqomed-Başir Xaniyev (74 kq), Fərid Cabbarov (79 kq), Ali Tsokayev (86 kq), Sadiq Mustafazadə (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) uğur qazanmağa çalışacaq.

Görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 20:00-da start götürəcək.

Dünya çempionatında I-S kateqoriyalı hakim Asif Şirəliyev, eləcə də I kateqoriyalı referilər Kamran Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Tural Cəlilov: "I Liqada yerimizi qorumaq niyyətindəyik"

Futbol
Bu gün, 16:53

“Barselona”nın keçmiş prezidenti Enrik Reyna vəfat edib

Olimpiada
Bu gün, 16:47

Avropa Kanoe Assosiasiyası Bakıda ofis açaraq Azərbaycanla əməkdaşlığı gücləndirir - FOTO

Olimpiada
Bu gün, 16:45

Avropa Kanoe Assosiasiyası Bakıda ofis açmaqla bağlı Azərbaycanla əməkdaşlıq edəcək

Basketbol
Bu gün, 16:43

Azərbaycan Basketbol Liqası: "Quba" "Lənkəran" üzərində qələbə qazanıb

Basketbol
Bu gün, 16:40

Azərbaycanın 3x3 qadın basketbol millisi FIBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb

Futbol
Bu gün, 16:40

Ruy Jorjenin U-20 milli komandasının baş məşqçisi kimi mətbuat konfransı

Futbol
Bu gün, 16:35

"Brüne"də Matçın Ən Yaxşısı Xiyar Hədiyyəsi Aldı: Klubun Qeyri-Adi Mükafatları

Basketbol
Bu gün, 16:34

FIBA Çempionlar Kuboku: Azərbaycan qadın basketbolçuları ilk qələbəsini qazanıb

Futbol
Bu gün, 16:29

Ordu İdman Klubunda futbolçular üçün sosial və ekoloji dayanıqlılıq təlimi keçirilib

Güləş
Bu gün, 16:28

U-23 Avropa çempionatı: Fərid Sadıxlı yarımfinalda, İlkin Qurbanov 1/4 finalda mübarizəni dayandırdı, Ruzanna Məmmədova qızıl uğrunda görüşə çıxacaq - YENİLƏNİR

Futbol
Bu gün, 16:25

Riz Ceyms "Çelsi" ilə müqaviləsini 2032-ci ilə qədər uzadıb

Futbol
Bu gün, 16:20

Kriştiano Ronaldo Madriddəki "Vega Members Club"ı ziyarət etdi

Futbol
Bu gün, 16:13

Fransa Futbol Liqası LGBT Təbliğatından İmtina Etdi

Güləş
Bu gün, 16:05

Taleh Məmmədov: U-15 Çempionatı rayonlarda güləşə marağı artırır və gənc istedadları üzə çıxarır

Futbol
Bu gün, 16:00

"Yuventus" Emiliano Martineslə maraqlanır

Futbol
Bu gün, 15:53

Adnan Əhmədzadənin həbs müddəti daha 2 ay uzadıldı

Futbol
Bu gün, 15:45

Pablo Barrios məşqdə zədə aldı

Futbol
Bu gün, 15:41

Arbeloa "Marmot günü" filmi zarafatına görə futbolçular tərəfindən başa düşülmədiyinə görə özünü yaşlı hiss edib

Güləş
Bu gün, 15:37

U-23 Avropa Çempionatı: İki güləşçimiz 1/4 finalda, Ruzanna Məmmədova qızıl medal uğrunda mübarizə aparacaq - YENİLƏNİR

Olimpiada
Bu gün, 15:33

Fiqurlu konkisürən Alisa Lyuya Oklend şəhərinin rəmzi açarı təqdim olunub

Olimpiada
Bu gün, 15:32

Xüsusi Olimpiya Komitəsi badminton üzrə hazırlıq və yoxlama yarışı keçirib

Basketbol
Bu gün, 15:20

Azərbaycan qadın basketbol millisi FIBA Çempionlar Kubokuna məğlubiyyətlə başladı

Futbol
Bu gün, 15:08

Tyaqo Silva Avropa Liqası tarixində debüt edən ən yaşlı oyunçu oldu

Oxşar xəbərlər