top
U-23 Avropa Çempionatı: Gənc güləşçilərimiz gələcək üçün ümidvericidir Idman.biz
16 mart 2026, 17:55
- ↺ +

U-23 Avropa Çempionatı: Gənc güləşçilərimiz gələcək üçün ümidvericidir

"Gənc güləşçilərimizin Serbiyada qazandığı nəticələr gələcək üçün ümidvericidir".

Bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan millisinin böyük məşqçisi Nurəddin Rəcəbov yığmanın Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında əldə etdiyi nəticələri dəyərləndirərkən deyib.

Mütəxəssis bir qızıl, bir gümüş, üç bürünc olmaqla ümumilikdə qazanılan beş medalı və komanda hesabında dördüncü yeri qənaətbəxş hesab edib.

"Yarışın gedişi şəxsən məni yüksək səviyyədə qane etdi. Əslində idmançılar bundan da yaxşı performanslar göstərə bilərdilər. İlk gündən bildirmişdik ki, ötənilki dünya çempionlarımızı və medalçılarımızı bu yarışa gətirmədik. İş elə gətirdi ki, onları gənclərlə əvəz etdik", - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

O bildirib ki, gənc idmançıların belə turnirlərdə iştirakı onların təcrübə qazanması baxımından böyük əhəmiyyət daşıyır:

"Gənclərimizin potensialı yüksəkdir. Xüsusilə ağır çəkilərdə müəyyən çətinliklər yaşansa da, güləşçilər əzmkarlıq nümayiş etdirdilər. Demək olar ki, yarış öncəsi apardığımız analizlər 90 faiz özünü doğrultdu. Lakin medal gözlədiyimiz bəzi idmançılar fəxri kürsüdən kənarda qaldı. İdmançılarımızın bir neçəsi yaşca özlərindən böyük və daha təcrübəli rəqiblərlə qarşılaşdılar. Məsələn, komandamızda Ayxan Cavadov (60 kiloqram) kimi perspektivli gənclər var ki, təcrübə azlığı səbəbindən çempionluq şansını əldən verdi və bürünc medal uğrunda görüşdə uduzaraq beşinci oldu. Bu çempionat onun üçün debüt idi. Bizim məqsədimiz məhz bu gəncləri peşəkar səviyyəyə çatdırmaqdır".

N.Rəcəbov komandanın hətta istirahət günlərində belə, gərgin proqramla çalışdığını diqqətə çatdırıb:

"Hər gün çalışırıq, davamlı işləyirik. Bizim hətta bazar günlərimiz belə, məşqlərlə keçir. Bəzi idmançılarımız bu gün istənilən nəticəni verməsələr də, onların parlaq gələcəyinə inanırıq. Qazanılan nəticələr bizim birliyimizdən və inamımızdan irəli gəlir. Hazırda əsas diqqətimiz Albaniyada böyüklər arasında keçiriləcək Avropa çempionatına yönəlib. Hədəfimiz turniri ilk "üçlük"də başa vurmaqdır. Bildiyiniz kimi, əsas heyətdə olan bir neçə idmançımız zədə səbəbilə əməliyyat olunub və hazırda yarışlarda iştirak edə bilmir. Zədəli güləşçilərimizin bərpa prosesi davam edir və onların tezliklə sıraya qayıdacağına ümid edirik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 08:40

"Sabah"ın rəqibi qışda hücumçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:20

PSJ-nin iki aparıcı futbolçusu zədələnib və bir neçə həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 08:17

"Arsenal" və "Manchester United" Evanilson üçün 65 milyon avroluq təkliflərlə rəqabət aparır

Futbol
Bu gün, 08:00

Çempionlar Liqası üçün həftənin oyunçusu namizədləri açıqlandı

Futbol
Bu gün, 07:52

Arteta və Kompani Çempionlar Liqasının 2:2 bərabərliyini şərh etdilər

Futbol
Bu gün, 07:21

Mourinyo, Real Madrid‑nin Barcelona qarşısındakı üstünlüyünü və az istirahət vaxtını açıqladı

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 01:12

Fabregas: "Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun"

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Futbol
Bu gün, 00:31

Manuel Neuer Çempionlar Liqasında üçüncü ən çox oyun keçirən futbolçu oldu

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Oxşar xəbərlər