Yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatında Azərbaycan güləşçiləri medal uğrunda mübarizəni davam etdirirlər.
İdman.Biz bildirir ki, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək U-15 Avropa çempionu olub.

12:36
Yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatında Azərbaycan güləşçiləri medal uğrunda mübarizəni davam etdirirlər.
İdman.Biz xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən Raul Məmmədzadə təsəlliverici görüşdə estoniyalı Artemi Yeremeyevi 10:0 hesabı ilə məğlub edib və bürünc medal uğrunda çıxış etmək hüququ qazanıb.
Qeyd edək ki, 38 kiloqramda Hüseyn Əmrahlı və 44 kiloqramda Paşa Aslan finala yüksələrək qızıl medal uğrunda mübarizə aparacaqlar. 48 kiloqramda Sadiq Vəlizadə isə bürünc medal görüşündə xalça üzərinə çıxacaq.
09:38
Yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatında Azərbaycan millisinin dörd təmsilçisi bu gün medal görüşlərinə çıxacaq.
İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsindən sonra iki güləşçimiz finala yüksəlib, daha iki idmançımız isə bürünc medal şansını qoruyub.
Hüseyn Əmrahlı (38 kq) yarımfinalda rusiyalı Ervin Sufiyanov üzərində tam üstünlüklə 3:1 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib. O, bu gün qızıl medal uğrunda xalça üzərinə çıxacaq.
Paşa Aslan (44 kq) da həlledici görüşə yüksələn idmançılarımız sırasında yer alıb. Azərbaycan güləşçisi yarımfinalda Gürcüstan təmsilçisi Luka Saqinadzeyə 5:3 hesabı ilə qalib gəlib.
Pünhan Şahmarov (48 kq) yarımfinalda rusiyalı Feliks Tuayevə 1:10 hesabı ilə uduzub. O, bu gün bürünc medal uğrunda güləşəcək.
Sadiq Vəlizadə (57 kq) isə yarımfinalda rusiyalı Raybek Muçurayevə 2:13 hesabı ilə məğlub olub. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə medal qazanmağa çalışacaq.
Təsəlliverici görüşdə isə 62 kiloqramda çıxış edən Raul Məmmədzadə estoniyalı Artemi Yeremeyevlə mübarizə aparacaq.
Beləliklə, Azərbaycan millisinin iki güləşçisi Avropa çempionluğu, iki idmançısı isə bürünc medal uğrunda mübarizə aparacaq.