top
Sabah Şəriəti: Azərbaycan Güləş Millisinin Hədəfi - Los-Anceles Olimpiadası Idman.biz
16 mart 2026, 16:31
- ↺ +

Sabah Şəriəti: Azərbaycan Güləş Millisinin Hədəfi - Los-Anceles Olimpiadası

Azərbaycan güləş millisinin əsas hədəfi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oynlarında yaxşı nəticələr göstərməkdir.

Bunu Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin məşqçisi, olimpiya mükafatçısı Sabah Şəriəti deyib.

O, qitə birinciliyinin rəqabət baxımından dünya çempionatından geri qalmadığını vurğulayıb.

"Yarışın səviyyəsi çox yüksək idi. "Klassik" güləşdə Avropa çempionatı həmişə güclü keçir, çünki burada rəqabət aparan 10-a yaxın güclü komanda var. Demək olar ki, Avropa ilə dünya çempionatları arasında böyük fərq yoxdur. Sadəcə, mundialda İran, Özbəkistan, Qazaxıstan və Kuba kimi ölkələr rəqabəti bir az da artırırlar. Şükürlər olsun ki, uşaqlarımız burada yaxşı çıxış etdilər. Düzdür, bəzi çəki dərəcələrində daha yaxşı nəticə gözləyirdik. Amma hər şey ola bilər. Bəzi güləşçilər səhvlər etdilər deyə medal qazana bilmədilər. Biz bura yeni nəsil gətirmişik, bəziləri hələ gənclər yaşındadır. İnanırıq ki, bu nəsil olimpiadadan sonra böyüklərdən ibarət komandamızın əsasını təşkil edəcək", - deyə o, report.az-a açıqlamasında bildirib.

S.Şəriəti millidə tətbiq olunan və idmançılara "təzə ruh" gətirən yeni sistemdən söz açıb:

"Bu yeni sistemə keçəndən, yeni məşqçi qrupu gələndən sonra uşaqlara sanki yeni can, təzə ruh gəlib. Psixoloji olaraq uşaqlar özlərinə daha çox inanırlar. Xalçadan çıxanda deyirlər ki, yorulmamışıq, nəfəsimiz və gücümüz yerindədir. Əvvəlki sistem daha çox Rusiya məktəbinə əsaslanırdısa, indiki İran sistemidir. Burada təkcə güləşə deyil, fiziki hazırlığa, dözümlülüyə və səhvlər üzərində fərdi işə çox önəm veririk. Bu sistemlə uşaqlar özlərinə inanmağa başlayıblar".

Olimpiya mükafatçısı yunan-Roma güləşindəki ən böyük boşluğun ağır çəkilərdə olduğunu etiraf edib:

"Bizim ən böyük zəifliyimiz və problemimiz ağır çəkilərdir. Təəssüf ki, əlimizdə kifayət qədər material yoxdur. Uşaq vaxtından bu idmançılarla düzgün işlənilmir. Ağır çəkilər üçün tam fərqli proqram və sistem lazımdır. Bizim bununla bağlı planlarımız və fikirlərimiz var, lakin hələ çox işləmək lazımdır".

Sonda o, 2028-ci il Yay Olimpiya Oyunlarını əsas hədəf kimi göstərib:

"Əsas məqsədimiz 2028-ci il olimpiadasıdır. Bu yolda Avropa və dünya çempionatları, lisenziya yarışları təcrübə toplamaq üçün bir pillədir. Məsələn, 82 kq çəkidə çempion olan Elmin Əliyevin cəmi 20 yaşı var. Onu böyüklərin yarışına qatmağa tələsmək olmaz, hər şey pillə-pillə olmalıdır. Ümumilikdə nəticələrimiz yaxşıdır, baxmayaraq ki, 60 kq-da və bəzi digər çəkilərdə qızıl medal gözləntilərimiz reallaşmadı. Amma uşaqlar gəncdirlər, hələ tam 'bişməyiblər'. Gələcəkdə daha yaxşı olacaqlar".

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri U-23 Avropa çempionatında 5 medal qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 08:40

"Sabah"ın rəqibi qışda hücumçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:20

PSJ-nin iki aparıcı futbolçusu zədələnib və bir neçə həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 08:17

"Arsenal" və "Manchester United" Evanilson üçün 65 milyon avroluq təkliflərlə rəqabət aparır

Futbol
Bu gün, 08:00

Çempionlar Liqası üçün həftənin oyunçusu namizədləri açıqlandı

Futbol
Bu gün, 07:52

Arteta və Kompani Çempionlar Liqasının 2:2 bərabərliyini şərh etdilər

Futbol
Bu gün, 07:21

Mourinyo, Real Madrid‑nin Barcelona qarşısındakı üstünlüyünü və az istirahət vaxtını açıqladı

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 01:12

Fabregas: "Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun"

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Futbol
Bu gün, 00:31

Manuel Neuer Çempionlar Liqasında üçüncü ən çox oyun keçirən futbolçu oldu

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Oxşar xəbərlər