top
Sabah Şəriəti: 2028 Los-Anceles Olimpiadası əsas hədəfimizdir Report.az
16 mart 2026, 16:01
- ↺ +

Sabah Şəriəti: 2028 Los-Anceles Olimpiadası əsas hədəfimizdir

Azərbaycan güləş millisinin əsas hədəfi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oynlarında yaxşı nəticələr göstərməkdir.

Bunu "Report"un Serbiyanın Zrenyanin şəhərində keçirilmiş U-23 Avropa çempionatına ezam olunan əməkdaşına açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin məşqçisi, olimpiya mükafatçısı Sabah Şəriəti deyib.

O, qitə birinciliyinin rəqabət baxımından dünya çempionatından geri qalmadığını vurğulayıb:

"Yarışın səviyyəsi çox yüksək idi. "Klassik" güləşdə Avropa çempionatı həmişə güclü keçir, çünki burada rəqabət aparan 10-a yaxın güclü komanda var. Demək olar ki, Avropa ilə dünya çempionatları arasında böyük fərq yoxdur. Sadəcə, mundialda İran, Özbəkistan, Qazaxıstan və Kuba kimi ölkələr rəqabəti bir az da artırırlar. Şükürlər olsun ki, uşaqlarımız burada yaxşı çıxış etdilər. Düzdür, bəzi çəki dərəcələrində daha yaxşı nəticə gözləyirdik. Amma hər şey ola bilər. Bəzi güləşçilər səhvlər etdilər deyə medal qazana bilmədilər. Biz bura yeni nəsil gətirmişik, bəziləri hələ gənclər yaşındadır. İnanırıq ki, bu nəsil olimpiadadan sonra böyüklərdən ibarət komandamızın əsasını təşkil edəcək".

S.Şəriəti millidə tətbiq olunan və idmançılara "təzə ruh" gətirən yeni sistemdən söz açıb:

"Bu yeni sistemə keçəndən, yeni məşqçi qrupu gələndən sonra uşaqlara sanki yeni can, təzə ruh gəlib. Psixoloji olaraq uşaqlar özlərinə daha çox inanırlar. Xalçadan çıxanda deyirlər ki, yorulmamışıq, nəfəsimiz və gücümüz yerindədir. Əvvəlki sistem daha çox Rusiya məktəbinə əsaslanırdısa, indiki İran sistemidir. Burada təkcə güləşə deyil, fiziki hazırlığa, dözümlülüyə və səhvlər üzərində fərdi işə çox önəm veririk. Bu sistemlə uşaqlar özlərinə inanmağa başlayıblar".

Olimpiya mükafatçısı yunan-Roma güləşindəki ən böyük boşluğun ağır çəkilərdə olduğunu etiraf edib:

"Bizim ən böyük zəifliyimiz və problemimiz ağır çəkilərdir. Təəssüf ki, əlimizdə kifayət qədər material yoxdur. Uşaq vaxtından bu idmançılarla düzgün işlənilmir. Ağır çəkilər üçün tam fərqli proqram və sistem lazımdır. Bizim bununla bağlı planlarımız və fikirlərimiz var, lakin hələ çox işləmək lazımdır".

Sonda o, 2028-ci il Yay Olimpiya Oyunlarını əsas hədəf kimi göstərib:

"Əsas məqsədimiz 2028-ci il olimpiadasıdır. Bu yolda Avropa və dünya çempionatları, lisenziya yarışları təcrübə toplamaq üçün bir pillədir. Məsələn, 82 kq çəkidə çempion olan Elmin Əliyevin cəmi 20 yaşı var. Onu böyüklərin yarışına qatmağa tələsmək olmaz, hər şey pillə-pillə olmalıdır. Ümumilikdə nəticələrimiz yaxşıdır, baxmayaraq ki, 60 kq-da və bəzi digər çəkilərdə qızıl medal gözləntilərimiz reallaşmadı. Amma uşaqlar gəncdirlər, hələ tam 'bişməyiblər'. Gələcəkdə daha yaxşı olacaqlar".

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri U-23 Avropa çempionatında 5 medal qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 18:25

Sabah və Gəncə Basketbol Liqasında Qələbə Qazanır

Basketbol
Bu gün, 18:13

NTD baş məşqçisi Tahir Baxşıyev: Komanda hələ sabit oyun nümayiş etməyə hazır deyil

Futbol
Bu gün, 17:56

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk istefa verdi

Futbol
Bu gün, 17:53

Şamaxı məşqçisi Azər Bağırov məğlubiyyətin səbəblərini açıqladı

Futbol
Bu gün, 17:43

Rafinya Messinin La Liqadakı rekordu təkrarlayıb: 11 turda 15 qol

Futbol
Bu gün, 17:34

"Komo" "Venetsiya"yı 1:0 hesabı ilə məğlub edərək A Seriyasında dördüncü yeri ələ keçirdi

Futbol
Bu gün, 17:33

Azər Bağırov: "Şamaxı"nın "Neftçi"yə qarşı matçında 100%-lik fürsətləri dəyərləndirmədiyini dedi

Futbol
Bu gün, 17:26

Babək Quliyev UEFA Gənclər Liqasının Göztəpə–AZ Alkmaar oyununda hakim‑inspektor təyin edildi

Digər
Bu gün, 17:16

Bakıda 8 noyabrda "Zəfər Kuboku" at yarışı keçiriləcək

Futbol
Bu gün, 17:15

Vernidub: "Şamaxı" heç də asan rəqib deyildi, heç bir halda xal itirə bilməzdik

Basketbol
Bu gün, 17:09

Murad Dikmen: “Gəncə”nin “NTD” üzərindəki qələbəsi və komandanın böyük hədəfləri haqında bəyanatlar verib

Futbol
Bu gün, 17:04

Neftçi Şamaxıya 3-2 qələbə verərək liderliğe yüksəldi

Futbol
Bu gün, 17:02

"Bavariya" Avropanın ilk beş liqasında məğlubiyyətsiz yeganə komanda olaraq qalıb

Basketbol
Bu gün, 17:02

"Sumqayıt" basketbol komandası baş məşqçisi hakimlərin qərəzli idarəçiliyini ittiham etdi

Futbol
Bu gün, 16:57

Everton Cek Qrilişi iki gün spirtli içki üçün heyətdən kənarlaşdırdı

Qarabağ FK
Bu gün, 16:55

"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib

Futbol
Bu gün, 16:36

Amedspor Super Liqada 5-1 qalib, Balle hat-trik etdi, qırmızı vərəqə aldı

Digər
Bu gün, 16:32

İrlandiyanın 1500 m Avropa çempionu Siara Magian 34 yaşında vəfat edib

Futbol
Bu gün, 15:58

Trabzonspor Braziliyalı Forvard Con Kennedy ilə Danışıqlara Başladı

Futbol
Bu gün, 15:55

Neftçi futbolçusu Qustavo Klinsman 'Ayın qolu' mükafatını qazandı

Futbol
Bu gün, 15:49

PFL rəhbərliyi “Şamaxı” – “Neftçi” matçını stadiondan izləyir

Futbol
Bu gün, 15:28

Manchester United 9 oyunluk qalibiyyətsizlik seriyasını təkrarladı

Şahmat
Bu gün, 14:59

Aydın Süleymanlı 2700 klublarına yaxınlaşır: FIDE reytinqində azərbaycanlıların yüksəlişi

Futbol
Bu gün, 14:50

Fabio Kapello Yuventusun itirdiyi DNT‑sini bərpa etməsini tələb edir

Oxşar xəbərlər