Son olaraq Qırğızıstanın "Ozgon" klubunda oynayan Ramin Əhmədov Özbəkistan klublarından birinə keçə bilər. Onun Özbəkistanın bir neçə klubunun maraq dairəsində olduğunu xəbər vermişdik.
Sportal.az saytına açıqlama verən Əhmədov yeni ildən Özbəkistanda oynamaq ehtimalı haqda bunları deyib:
"Bəli, bir neçə klubdan təklif almışam. Təkliflər arasında Özbəkistan klubları da var, Azərbaycan klubları da, başqa ölkədən olanlar da. Amma indidən bir şey deyə bilmərəm, qış fasiləsində dəqiqləşəcək. Hələ ki tam olaraq seçim etməmişəm. Yəqin ki, fasilə zamanı dəqiqləşəcək".
Ramin Əhmədovun "Dinamo"(Səmərqənd) və "Lokomotiv"(Daşkənd) klublarının maraq dairəsində olması barədə xəbər vermişdik.