top
Rafiq Hüseynov: U-17 güləşçilərindən sabit nəticələr gözləyirik Idman.biz
19 fevral 2026, 15:07
- ↺ +

Rafiq Hüseynov: U-17 güləşçilərindən sabit nəticələr gözləyirik

Azərbaycanın U-17 güləş millisi ilə bağlı əsas məqsəd yalnız medal qazanan deyil, uzunmüddətli perspektivdə sabit nəticə verən idmançıların yetişdirilməsidir.

Bunu yığmaya böyük məşqçi təyin olunan Rafiq Hüseynov deyib.

"U-17 yığmasına böyük məşqçi təyin olunmağım mənim üçün böyük şərəf və məsuliyyətdir. Yeniyetmə yaş qrupu Azərbaycan güləşinin gələcəyidir. Bu yaşda formalaşan sistem, intizam və düşüncə tərzi gələcəkdə dünya və olimpiya uğurlarının təməlini qoyur. Komandada əsas məqsədim sistemli və elmi əsaslara söykənən hazırlıq modeli tətbiq etməkdir. Fiziki hazırlıq, texniki-taktiki təkmilləşmə və psixoloji dayanıqlılıq paralel şəkildə inkişaf etdirilməlidir. Performans göstəricilərinin analitik qiymətləndirilməsi, şəxsi məşqçilərlə koordinasiyanın gücləndirilməsi, intizam və komanda dəyərlərinin prioritetləşdirilməsi, bərpa və zədələnmələrin profilaktikasına xüsusi diqqət, gənclərdə liderlik və məsuliyyət hissinin formalaşdırılması - əsas fəaliyyət istiqamətimiz bunlar olacaq. Biz yalnız medal qazanan deyil, uzunmüddətli perspektivdə sabit nəticə verən idmançı modeli qurmaq istəyirik", - deyə o, report.az-a açıqlamasında bildirib.

Dünya və Avropa çempionu, olimpiya mükafatçısı olmuş R.Hüseynov Gəncədə keçirilən Azərbaycan çempionatının nəticələrini də dəyərləndirib:

"Yarış yüksək rəqabətlə yadda qaldı. Sevindirici haldır ki, bir çox çəkidə ciddi rəqabət formalaşıb. Bu isə gələcək üçün sağlam mühit deməkdir. Bəzi çəkilərdə texniki baxımdan yetkin, xarakterli və perspektivli idmançılar diqqətimizi cəlb etdi. Xüsusilə ağırçəkili idmançıların mübariz xarakteri məni heyrətləndirdi. Əlbəttə, yığmada yeni adlar görəcəyik. Bizim üçün əsas meyar yalnız çempion olmaq deyil, intizam, inkişaf potensialı və uzunmüddətli perspektivdir. Kim öz üzərində işləyəcəksə, yığmanın qapısı onun üzünə açıq olacaq".

Böyük məşqçi gələcək planlardan söz açarkən sistemli işin önəmini vurğulayıb:

"Qısa müddətli planımız komandanın strukturlaşdırılması və vahid məşq modelinin tətbiqidir. Fiziki testlərin nəticələrinə əsasən fərdi inkişaf planları hazırlanacaq. Orta müddətli hədəfimiz Avropa və dünya çempionatlarında medal uğrunda sabit şəkildə mübarizə aparacaq heyət formalaşdırmaqdır. Uzunmüddətli məqsəd isə U-17 yaş qrupundan başlayaraq olimpiya dövrünü düşünən sistem qurmaqdır. Bugünki yeniyetmələr sabahın olimpiyaçılarıdır. Biz yalnız nəticə üçün deyil, Azərbaycan güləş məktəbinin davamlılığını təmin etmək üçün çalışırıq. İnanıram ki, komanda olaraq düzgün istiqamətdə işləsək, qarşıdakı illərdə Azərbaycan güləşi yeni nəsil liderlərini yetişdirəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Dünən, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Dünən, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Dünən, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Dünən, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Dünən, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Dünən, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Dünən, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Dünən, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Dünən, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Dünən, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Oxşar xəbərlər