Dünya güləşinin canlı əfsanəsi, Olimpiya oyunlarının dördqat mükafatçısı, Azərbaycan millisinin sabiq üzvü Mariya Stadnik Şuşa şəhərinə səfər edib.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə onun Şuşada lentə alınan maraqlı görüntüləri paylaşılıb.
Belə ki, videoda ukraynaəsilli idmançımızın "Yanıq Kərəmi" mahnısının sədaları altında rəqsi maraqla qarşılanıb.