“Araz-Naxçıvan” Misli Premyer Liqasının XIII turunun oyununda səfərdə “Sabah”a 0:2 hesabı ilə məğlub olub.
Sportify.az xəbər verir ki, qonaqların baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Çempionlar Liqasında mübarizə aparan komandaya qarşı oynamaq xoşdur. Bilirdik ki, çətin oyun olacaq. Komandamız komplektləşməyib, oyunçularımız çatmır. Futbolçular əllərindən gələni etməyə çalışdılar.
– “Araz-Naxçıvan” nə vaxt qələbə qazanacaq?
– Biz də bunu istəyirik.
– Qış fasiləsində neçə transferə ehtiyac var?
– Hər bir halda nəsə etməyə çalışacağıq.
– Növbəti iki oyun da çempionluq uğrunda mübarizə aparan komandalar qarşı olacaq. Həmin matçlarda hədəfiniz nədir?
– Meydana çıxıb oyunumuzu oynayacağıq. Futbol elədir ki, bəzən alınır, bəzən alınmır.