top
İsveçrə səfiri Azərbaycanla idman sahəsində əməkdaşlığın böyük potensialını vurğuladı Idman.biz
09 oktyabr 2025, 19:23
- +

İsveçrə səfiri Azərbaycanla idman sahəsində əməkdaşlığın böyük potensialını vurğuladı

"Gənclər və idman naziri Fərid Qayıbovla fikir mübadiləsi aparmışam və biz eyni fikirdəyik. Gələn il İsveçrə idmançılarını bura gətirib birgə təlimlər təşkil etmək üçün çalışacağıq".

İdman.Biz bildirir ki, bunu Report-a açıqlamasında İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli deyib.

O, İsveçrənin ənənəvi "Şvingen" güləş növü ilə məşğul olan idmançıların "İsveçrə Günləri 2025" çərçivəsində Bakıya səfəri ilə bağlı fikirlərini bölüşüb: "Mən Bakıya gələndən sonra idman sahəsində nəsə etmək fikrim var idi. Sonra düşündüm ki, İsveçrə güləşçilərini Azərbaycana gətirim. Niyə məhz İsveçrə güləşi? Çünki bu, bizim milli idman növüdür. Gücə və hörmətə əsaslanır. Bu, İsveçrənin ruhunu və dəyərlərini ifadə edən bir idman növüdür. Azərbaycan güləş ölkəsidir. Bu idman növündə böyük ənənəniz var. Ona görə indi İsveçrə nümayəndə heyətinin burada olması, onların birlikdə məşq etmələri məni çox sevindirir".

Səfir həftəsonu sakinləri Bakı Bulvarındakı tədbirə dəvət edib: "Burada idmançılar İsveçrə güləşini nümayiş etdirəcəklər, azərbaycanlı pəhləvanlarla birgə güləşəcəklər. Mən bütün Bakı sakinlərini "İsveçrə günləri" çərçivəsində keçiriləcək tədbirə və bu güləşçilərin çıxışını izləməyə dəvət edirəm".

Tomas Ştəli Azərbaycan güləşçilərinin də İsveçrəyə səfər edə biləcəyini deyib: "Mən bunu gələcək əməkdaşlığın başlanğıcı kimi görürəm. Artıq iki federasiya arasında müəyyən təmaslar olub və bu əlaqələri rəsmiləşdirib birgə təlim-məşq toplanışları keçirmək ideyası var. Yəni İsveçrə güləşçiləri gəlib burada məşq edə bilərlər, yaxud azərbaycanlı güləşçilər İsveçrəyə gedib orada hazırlıq keçə bilərlər.

Mənim üçün idman sahəsində əməkdaşlıq çox önəmlidir. Burada böyük potensial var. Sizdə möhtəşəm idman infrastrukturu mövcuddur. Bu, yalnız güləşlə məhdudlaşmaya, digər idman növlərinə də şamil oluna bilər və bu istiqaməti inkişaf etdirmək istəyirəm. Bu mövzuda gənclər və idman naziri Fərid Qayıbovla da fikir mübadiləsi aparmışam və biz eyni fikirdəyik. Gələn il xüsusilə İsveçrə idmançılarını bura gətirib birgə təlimlər təşkil etmək üçün çalışacağıq".

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:17

Xames Rodriges dünya çempionatlarında komandası ilə oynayan üçüncü kolumbiyalı oldu

Futbol
Bu gün, 21:02

“Liverpul” və “Çelsi” Yasin Ayari uğrunda mübarizə aparmaqda maraqlıdır

Voleybol
Bu gün, 20:58

Azərbaycanlı hakim Gümüş Avropa Liqasında qarşılaşmalara hakim seçilib

Futbol
Bu gün, 20:47

Real Madrid Olisenin transferi üçün 220 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 20:31

Rayo Valyekano yeni baş məşqçisi təyin edilib

Digər
Bu gün, 20:28

Difai komandasının yeni baş məşqçisi Şəhriyar Məmmədov oldu

Futbol
Bu gün, 20:00

Dünya Çempionatında A Qrupu Oyunları Başladı

Futbol
Bu gün, 19:59

Özbək futbolçu: “Mundialda ilk oyunumuzda güclü rəqibə yaxşı müqavimət göstərdik”

Güləş
Bu gün, 19:30

Cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançılarının rəqibləri belli olub

Futbol
Bu gün, 19:29

Fabio Kannavaro mundial tarixinə düşdü

Futbol
Bu gün, 19:15

DÇ-2026-da ən çox topa sahib olan 5 milli qələbə qazana bilməyib

Digər
Bu gün, 19:00

Beynelxalq Bendi Federasiyası prezidenti Rusiya məsələsi ilə bağlı istefa verib

Futbol
Bu gün, 18:29

Sabah FK yeni mövsümə Tirol dağlarında hazırlaşır

Futbol
Bu gün, 18:20

Zirənin yay mövsümi planı

Futbol
Bu gün, 17:26

Neftçi UEFA Çempionlar Liqasında rəqibini bilib

Futbol
Bu gün, 17:23

DÇ-26: İsveçrə Bosniya və Herseqovina ilə üz-üzə

Futbol
Bu gün, 17:20

Boka Xuniors Edinson Kavanini buraxır

Futbol
Bu gün, 17:12

Tomas Tuxelin FIFA-ya Çağırışı: Fotoqraflar Himn Anını Korladı

Futbol
Bu gün, 17:10

Dünya Çempionatında İkinci Tur Oyunları Başlayır

Futbol
Bu gün, 17:09

Dünya çempionatında şərhçi Uorren Bartona zərər yetiriblər

Futbol
Bu gün, 16:52

Rahid Əmirquliyev futbolçu karyerasını başa vurmağa hazırlaşır

Digər
Bu gün, 16:03

Cahangir Fərəcullayev UEFA Marketinq Komitəsinə seçilib

Futbol
Bu gün, 15:54

Özbəkistan millisi mundialda nümunəvi davranışı ilə diqqət çəkib

Voleybol
Bu gün, 15:48

Azərbaycanlı hakim Gümüş Avropa Liqasında

Oxşar xəbərlər