Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı (55 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının gümüş medalını qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, finalda rusiyalı Alibek Amirova məğlub olub.
Qeyd edək ki, bu U-23 Avropa çempionatında Azərbaycan təmsilçilərinin qazandığı 7-ci gümüş medal olub. Daha əvvəl Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova gümüş medal əldə edib.
20:42
Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, yarımfinalda belaruslu İllia Valeuskini 8:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, Avropa çempionatına martın 15-də yekun vurulacaq.