Bu gün Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Niderlandın Rotterdam şəhərində təşkil olunacaq "Glory Collision 9" turnirində mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, 95 kq çəki dərəcəsində çıxış edən idmançı dünya kəməri uğrunda keçirilən səkkiz nəfərlik Qran-prinin 1/4 final mərhələsində mərakeşli Məhəmməd Tuçasse ilə qarşılaşacaq.
73 qələbə və 65 nokautu ilə diqqət çəkən Bəhram Rəcəbzadə turnirin əsas favoritlərindən biri kimi göstərilir və çempionluq uğrunda iddialı döyüşçülər sırasında yer alır.