top
Baş məşqçi: Optimal heyətlə daha artığına ümid edə bilərdik Idman.biz
04 avqust 2025, 17:55
- +

Baş məşqçi: Optimal heyətlə daha artığına ümid edə bilərdik

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi optimal heyətlə Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş dünya çempionatında daha artığına ümid edə bilərdi.

İdman.biz xəbər verir ki, bunu "Report"a qılıncoynatma üzrə millinin baş məşqçisi Çingiz Mustafayev deyib.

O, komandanın yarışda 13-cü yeri tutması ilə bağlı fikirlərini bölüşüb: "Qılıncoynatmanın sablya növü üzrə qadınların komanda yarışında Anna Başta və Zərifə Hüseynova olmadan çıxış etdik. İlk görüşümüzü qələbə ilə başa vurduq. Ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda Yay Olimpiya Oyunlarının iştirakçısı ABŞ yığması ilə qarşılaşdıq. Burada əsas yük Səbinə Kərimova və Palina Kaspiaroviçin çiyinlərinə düşürdü. Leyla Əhmədova yeniyetmə idmançımızdır. Onun bu səviyyədə çıxış etməsi üçün zamana ehtiyacı var. Amma reytinq xalları qazanmaq üçün komanda yarışlarından kənarda qala bilməzdik. Leylanın öncədən necə təsir bağışlayacağını təxmin edirdik. Səbinə Kərimova və Palina Kaspiaroviç özlərini yaxşı tərəfdən göstərə bildilər. Bütün görüşlərini bərabər səviyyədə keçirdilər. Biz bu komandalarla zədəlilərimiz sıraya dönəndən sonra qarşıdakı turnirlərdə yenidən qarşılaşmalı olacağıq".

Mütəxəssis 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Misir seçməsinə məğlubiyyətdən sonra komanda ilə söhbətlərinin olduğunu sözlərinə əlavə edib: "Ardınca Səbinə və Palina, demək olar ki, ikisi Honkonq sablyaçılarını məğlub etdilər. Son görüşdə isə olimpiya çempionu olan Ukrayna yığmasına qalib gəldik. Bəli, onların heyətində Olqa Xarlan yox idi. Lakin biz də Anna Başta və Zərifə Hüseynovanın xidmətindən məhrum idik. Yekunda 13-cü olduq. Lakin düşünürəm ki, optimal heyətlə daha artığına ümid edə bilərdik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:58

Yeqor Xvalko: "Kəpəz"in keçmiş rəhbərliyinin getməsi yaxşı oldu"

Minifutbol
Bu gün, 12:38

„Sabahın Ulduzları“ Bakı Kubokunda dördüncü turun oyunları başa çatıb

Basketbol
Bu gün, 12:30

Azərbaycan millisi 3x3 basketbol Dünya Seriyasından kənara çıxdı

Futbol
Bu gün, 12:18

Kodi Qakpo “Tottenhem”ə keçimə üzrədir

Qarabağ FK
Bu gün, 12:00

Qarabağ - Dinamo matçında izləyici hesabı

Futbol
Bu gün, 11:58

Fabritsio Romanoya qarşı ciddi ittihamlar

Boks
Bu gün, 11:38

Azərbaycanın üç boksçusu Avropa çempionatında növbəti mərhələyə adlayıb

Futbol
Bu gün, 11:30

Brentford Ekvadorlu Gənc Futbolçu Darvin Quaquanı Transfer Etmək Üzrə Razılığa Gəlib

Futbol
Bu gün, 11:18

Qabriel Martinelli “Qalatasaray”ın təklifini rədd edib

Futbol
Bu gün, 10:58

Türkiyə Super Liqasında dörd oyun keçiriləcək

Futbol
Bu gün, 10:40

Lion "Milan"dan icarəyə futbolçu alıb

Qarabağ FK
Bu gün, 10:18

“Qarabağ”dan ayrılan Abdullah Zubir Azərbaycanı tərk etdi

Futbol
Bu gün, 09:58

İspaniya La Liqasında 2026/27 mövsümünə start verilib

Futbol
Bu gün, 09:25

Azərbaycan Premyer Liqası: Sabah - Kəpəz görüşü

Futbol
Bu gün, 09:20

Seneqalın keçmiş baş məşqçisi federasiyadan 646 min avro tələb edir

Futbol
Bu gün, 09:13

"Liverpul" İbrahim Mbaye üçün ilk təklifini irəli sürəcək

Minifutbol
Bu gün, 09:00

„Araz-Naxçıvan“ və „İmişli“ üz-üzə

Futbol
Bu gün, 09:00

"Sabah" "Kəpəz" ilə qarşılaşır

Minifutbol
Bu gün, 08:20

"Araz-Naxçıvan" "İmişli" ilə qarşılaşır

Futbol
Bu gün, 08:14

Çelsi “Mançester Siti”nin 120 milyon funt sterlinq təklifini nəzərdən keçirəcək

Futbol
Bu gün, 07:11

Endrik “Şalke 04” matçında iştirak etməyəcək

Futbol
Bu gün, 06:10

Kristian Romero “Tottenhem”i tərk edib

Futbol
Bu gün, 05:17

Avropa çempionu Çiro İmmobile futbol karyerasını başa vurub

Futbol
Bu gün, 04:13

Breel Embolo MLS klubuna keçməyə yaxındır

Oxşar xəbərlər