top
Azərbaycan U17 çimərlik güləşçiləri dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanıblar Report.az
25 sentyabr 2025, 23:37
- +

Azərbaycan U17 çimərlik güləşçiləri dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanıblar

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U&17 dünya çempionatı keçirilib.

"Report" xəbər verir ki, 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edib. Onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala yüksəlib. Güləşçilərimizdən 4-ü yarımfinala adını yazdırıb.

Ülviyyə Musayeva (55 kiloqram) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, çimərlik güləşində qızlar arasında ilk dünya çempionumuz kimi adını tarixə yazdırıb.

Nihad Süleymanlı (80 kiloqram) da eyni uğura imza atıb. Yarımfinalda İran, finalda isə Gürcüstan güləşçisinə heç bir şans tanımayan həmyerlimiz qızıl medalı boynundan asıb.

Finalın bir addımlığında iranlı rəqibinə məğlub olan Elgün Kərimli (90 kiloqram) moldovalı həmkarı üzərində 5:0 hesablı qələbə qazanaraq dünya üçüncüsü olub.

Rəşad Əliyev (70 kiloqram) də medal qazanmağa yaxın olub. Ancaq milli üzvü yarımfinalda İran, bürünc medal görüşündə isə Gürcüstan güləşçisinə məğlub olaraq 4-cü yerlə kifayətlənib.

Beləliklə, güləşçilərimiz mundialda 2 qızıl və 1 bürünc medal qazanıblar. Oğlanlardan ibarət komandamız 62 xal toplayaraq dünya üçüncüsü olub. Cəmi 2 qızdan ibarət heyətimiz isə 25 xalla Moldova və Puerto-Rikoyla 4-6-cı yerləri bölüşüb.

DÇ-də ədaləti I-S dərəcəli hakim Sədi Quliyev qoruyub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:53

Atalanta yoldaşlıq oyununda Atletik Bilbaonu məğlub edib

Futbol
Bu gün, 01:35

Koventri Siti yoxlama oyununda Monakonu məğlub edib

Futbol
Bu gün, 00:55

Türkiyə Superliqası: Qalatasaray debütant Arca Çorumu məğlub edə bilməyib

Futbol
Bu gün, 00:32

Dastan Satpayev 2026/2027 mövsümünü “Börnli”də keçirəcək

Futbol
Bu gün, 00:10

Kilian Mbappe: „Əminəm ki, bu mövsüm titul qazanmağa qayıdacağıq“

Futbol
Dünən, 23:57

Misli Premyer Liqasının 1-ci turu: Turan Tovuz - Qəbələ

Futbol
Dünən, 23:49

"Liverpul"un səhmlərinin bir hissəsi "1892 Holdings"ə satılıb

Futbol
Dünən, 23:32

Qalatasaray Aleksey Batrakov üçün 25 milyon avro təklif edib

Futbol
Dünən, 23:15

Əliyar Ağayev "Rakuv" - "Hayduk" oyununa təyinat alıb

Güləş
Dünən, 23:00

Süleyman İsmayılzadə Avropa Çempionatında 17-ci olub

Futbol
Dünən, 22:54

"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı

Futbol
Dünən, 22:45

Kaxaber Tsxadadze “Qəbələ”də böyük potensial görüb

Minifutbol
Dünən, 22:39

Səbail Boluda ilk yoxlama oyununu qələbə ilə başa vurdu

Futbol
Dünən, 22:29

İmad Farac “Neftçi”dən “Esperans”a keçdi

Futbol
Dünən, 22:13

De Yonq: “Çempionlar Liqası bizim üçün xüsusi bir bənddir”

Futbol
Dünən, 22:07

Neftçi futbolçusu İmad Farac Tunisin Esperans klubuna keçdi

Futbol
Dünən, 21:55

Atletiko Marseldə “Monako”ya qalib olub

Cüdo
Dünən, 21:41

Azərbaycanlı paracüdoçu Avropa çempionatında bürünc medal qazanıb

Futbol
Dünən, 21:14

Mançester Siti "Barselona"nın təkliflərindən məyus olub

Futbol
Dünən, 20:57

"Çelsi" Enzo Fernandes üçün yazılı təklifalmadı

Futbol
Dünən, 20:41

Şaxtyor Çempionlar Liqası oyunlarını Stemford Bridcдə keçirmək istəyir

Futbol
Dünən, 20:33

Turan Tovuz Qəbələni məğlub edib

Futbol
Dünən, 20:24

Mikel Arteta: Xosep Qvardiola - futbol tarixinin ən yaxşı məşqçisidir

Futbol
Dünən, 20:07

Milan 7 oyunçusu ilə yollarını ayırmaq niyyətindədir

Oxşar xəbərlər